Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
Örnək müəllim - Orucova Afaq

Orucova Afaq Rasim qızı, Sumqayıt şəhərində anadan olub.

Sumqayıt şəhər 4 saylı tam orta məktəbi bitirib, 2001-ci ildə Sumqayıt Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub, 2005-ci ildə həmin universiteti bitirib.

Həmin il Bakı Dövlət Universitetinin magistratura pilləsinə daxil olub, 2007-ci ildə fərqlənmə diplomu ilə bitirib. Hazırda ADPU-nun doktorantura pilləsi üzrə təhsilini davam etdirir.

2011-ci ildə "müəllimlərin işə qəbulu" müsabiqəsində iştirak edərək Şamaxı rayon Ak.H.Hüseynov adına Çarhan kənd tam orta məktəbinə Azərbaycan dili və Ədəbiyyat müəllimi təyin olunub.

"Direktorların işə qəbulu" müsabiqəsində uğur qazanaraq 2019-cu ildə Şamaxı rayon Ak.H.Hüseynov adına Çarhan kənd tam orta məktəbinə direktor təyin olunub.