Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
Örnək müəllim - Bəykişiyeva Ceyran

 

2007-2011-ci ilərdə Bakı Slavyan Universitetinin Rus dili və ədəbiyyatı ixtisası

üzrə bakalavr təhsili alıb.  

 

Tələbəlik illərində Tələbə Gənclər təşkilatının fəal üzvü, universitetin nəzdində fəaliyyət göstərən radio verlişlərin aparıcısı və iştirakçısı, “Ən yaxşı təqdimat” şeir müsabiqəsinin qalibi olub.

 

2018-ci ildə Müəllimlərin İşə Qəbulu imtahanında uğur qazanaraq Ağdam rayon

27 saylı köçkün tam orta məktəbində rus dili müəllimi olaraq pedaqoji fəaliyyətə

başlayıb.

2020-ci ildə MİQ imtahanı ilə rayon üzrə ən yüksək nəticə ilə ikinci iş yeri olaraq

Göyçay rayon M.Məmmədov adına Potu kənd tam orta məktəbinə təyin edilib.

 

Ötən ildən DİM-nin sertifkatlı nəzarətçisi kimi fəaliyyət göstərir.AGMA-nın, AMA-nın, T-Networkun üzvüdür.

Çalışdığı Göyçay rayon M.Məmmədov adına Potu kənd tam orta məktəbində 1

ildir ki, könüllü olaraq rəhbərlik etdiyi“Kitablarla İnkişaf Edək” layihəsini tətbiq

edir.

 

Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsində “Şagirdlərdə analitik

qabiliyyət və özünüifadə bacarıqlarının artırılması üçün Meys debatlarının təşkili”

layihəsinin qalibidir.

 

Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən seçilərək Göyçay rayon təhsil

sektorunda “Təhsil könüllüsü”olaraq fəaliyyət göstərir.

 

   İştirak etdiyi təlimlər:

 

  1. Təhsildə Yeni Çağırışlar II Beynəlxalq forumu
  2. Region Gənc Müəllimlərinin II Şəbəkələşmə Forumu (Mingəçevir)
  3. Gənc Müəllimlərin II Forumu (Bakı)
  4. İnkişaf Boot Camp
  5. Layihə planlaşdırılması və layihə təklifinin yazılması
  6. Ümumi təhsil müəssisələrinin müəllimləri üçün onlayn kommunikasiya  məsafədən  öyrənmə və İKT savadlılığının artırılması
  7. Owlypia the İntellectual’s Challenge