Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
Örnək müəllim - Ehtiram Safquliyev

Zaqatala rayonu, Muğanlı kənd tam orta məktəbi coğrafiya fənnini tədris edirəm.

 

 

Daha çox oyun dərslərə üstünlük verirəm. Bu dərslərin şagirdləri daha aktiv etdiyini düşünürəm. Fərqli tərzdə keçirdiyim dərs metodlarının hal-hazırkı təlim mühiti üçün innovativ olduğunu fikirləşirəm.

 


Dərsdən sonra şagirlərimlə əlavə fəaliyyət olaraq, rayonumuza tarixi-mədəni ekskursiya təşkil edirəm, futbol oynayırıq, viktorinalar keçiririk, əlavə dərs təşkil edirəm, aztəminatlı aliələrin uşaqlarına dostların köməkliyi ilə bayram və xüsusi günlərdə maraqlı hədiyyələr veririk, ağacəkmə aksiyaları keçiririk və.s.

 

 

 

Miq, DQ və təhsillə bağlı ən son yenilikləri onlara çatdırmağa çalışıram. Məktəbdə komputerlə və elektron sənədlərlə bağlı məsələlərdə, məktəbin sosial şəbəkə hesablarının idarə olunmasında, məktəb tədbirlərində yaxından iştirak edirəm və həmkarlarıma dəstək göstərirəm.

 

 

Şagirdləri incitməyərək, xətrlərinə dəymədən, dostluq mühiti yaradaraq özümü onlara sevdirməyə çalışıram.