Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
Örnək müəllim - Aysel Alıcanova

Mən Sağlam təhsil sinfində dərs deyirəm.Etwinning layihəsinə də qoşulmuşam.Dərsim tamamilə innovativ metodlarla qurulur.Təhsil üzrə araşdırmaçı insanam.Müəllim olaraq dünyanın bütün yeni işlərinə üzvəm.Yeniliyi sevən və edən müəlliməm.Dərsdən sonra uşaqlar,müəllimlər üçün layihələr edir,maarrifləndirici işlər görürəm,pedaqoq kimi fəaliyyət göstərirəm.

 

 

Dərsdən kənar uşaqlar üçün səsli nağıllar səsləndirmişəm.İşlədiyim təhsil müəssisə ilə müəllimlər və cəmiyyət üçün öyrədici video hazırlamışıq.

 

Onlarla təhsil üzrə mübadilə aparır,layihələr həyata keçirirəm.

 

 

Dünyanın bütün müəllimləri ilə əməkdaşlıq edirəm və yeni dərsləri,üsulları araşdırıb tətbiq edirəm. Uşaqlarla həmişə ünsiyyətdə oluram.Onları dinləməyi çox sevirəm.

 

 

2015-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun “İbtidai sinif müəllimliyi‟ ixtisasını fəxri fərmanla bitirmiş və həmin il Təhsil Nazirliyinin təşkil etdiyi müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək Yasamal rayonu 38 nömrəli məktəbə müddətsiz müqavilə əsasında əmək fəaliyyətinə başlamışam.


2015-ci ilin dekabr ayında respublikamızda ilk dəfə keçirilən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində 58 bal toplamışam. Nazirlik tərəfindən xüsusi olaraq təbrik edilmişəm.Hal-hazırda Nazirliyin Etwinning layihəsində türk müəllimlə və müəllimlərlə birgə uşaqlar üçün layihə edirik.