Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
Örnək müəllim - Gülər Bayramova

Mənim hekayəm 21 il əvvəl başlayıb.İlk gündə valideynlerimlə sıx əlaqədə işləmişəm. Hələ 21 il qabaq məktəblərdə IKT təlimi və anlayışı formalaşmamısdı. Lakin buna baxmayaraq əldə olan səsyazan maqnitofon ve televizordan, videomaqnitafondan istifadə edərək dərsi maraqlı keçməyə çalişmişam. Həmişə yenilik axtarışında olmusam. IKT kursu acılanda ilk kursa qeyd olan ve keçənlərdən biriyəm.Hec zaman öyrənməyi , inkisaf etməyi kəsməmisəm.Yeni üsulları arasdırıb ,öyrənib mümkun qədər tətbiq etməyə çalışıram.5E formasında dərs keçməyi ilk edənlərdən biriyem .Artıq 7E formasına keçid alacağiq təzə tədris ilinden.  STEMe daha çox üstünlük verirem.Şagirdlərimə dərsi yaradıcı formada öyrətməyə çalısıram.Onlara savadla yanaşı,  yardımlaşma, vətənpərvərlik, humanistlik ve tolerantlıq kimi insani keyfiyyətləri də aşilamağa çalişiram. Hər bir şagirdə onun öyrənə biləcəyi formada dərsi möhkəmləndirmək tapşırıqları verirem.Bunu da hər gün dərsdən sonra onların -mənim dərsi necə izah etməyim, hansı formada sualı versəydim daha yaxşı olardı?,hansi tapşırıq forması xosunuza gəldi?,dərsdə ən çox nə xoşuna gəldi? Və.s.tipli suallar---sual qutumuza anonim olaraq yazıb atdığı sual ve fikirlər əsasında müəyyən edirəm.Təbii ki, ibtidai sinif müəllimi olduğum ücün hamının xəttini tanıyıram.Bu üsulla kim daha çox hansı üsulla daha rahat öyrənir və yaxud dərsi necə etsəm onlara daha maraqlı olar onu öyrənib , tətbiq edirem. Müxtəlif həvəsləndirici və mükafat xarakterli qiymətləndirmə formalarından istifadə edirem.

Artıq 20 il olar ki, əyani vəsaitlərimizin çox hissəsini özümüz düzəldib istifadə edirik. Tullantıdan tədrisə prinsipinə əsaslanırıq.Müxtəlif plastikler, şirniyyat kağızları, ağac qırıqları, qozalar və.s .bu kimi tullantılardan istifaəe edərək (təbii ki saglamlığa zərərsiz ve kiçik yaşlı uşaqların təhlükəsiz şəraitdə işləyə biləcəyi məmulatları seçirəm) həm vəsait düzəldirik, həm çevrəmizi təmiz tuturuq, həm də STEMi dərsdə tətbiq edirik. Ekskursiyaları, əyaniliyi sevirem. Şagirdlər hər hansı əlamətdar günü məsələn:Musiqi günündə musiqi məktəbinə,18oktyabrda Tarix diyarşunasliq muzeyinə, S.Bəhlulzadənin həyatını incənət muzeyinə ,Milli Ordumuz haqqında hərbi hissəyə, çörəyin əmələ gəlmə prosesini dəyirman və çörəkbişirmə sexinə ekskursiya edərək öyrənərlərsə daha da yadda qalan olur.

Tez-tez müxtelif pesə sahiblərini -diş həkim,bərbər,yol polisi ve.s.-sinfə dəvət edirəm ki ,şagirdlərə məlumat versinlər. Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyinə , aprel qazi ve şəhidlərinin evinə ziyaret, Aprel qaziləri ile görüş onlarda vətənpərvərlik hissini gücləndirir.

Karantin müddətində də dayanmadan onlayn şəkildə dərslərimizə davam etdik və keçdiyimiz dərslər dəfələrlə RTŞ və məktəb sosial şəbəkə səhifələrində nümunə kimi göstərildi,

28 May Respublika Günündə Qobustan rayonu Cəyirli kənd orta məktəbi, ,Neftçala şəhər 4 saylı orta məktəb, Sumqayıt şəhər 17 nömrəli tam orta məktəb ,Bakı şəhər 181 saylı tam orta məktəb ve Cəlilabad şəhər 7 nömrəli tam orta məktəbin 2e sinfi(yəni bizim sinif)arasında onlayn şeir

 

DQ 53 bal toplamışdım. TIPI-nin keçirtdiyi məktəbdaxili qiymətləndirmə, Kurikulum, IKT, Inklüziv təhsil kurslarını müvəffəqiyyətlə başa vurmuşam. Dəfələrlə məktəb rəhbərliyi tərəfindən Fəxri fərmanla təltif olunmuşam. RIIB keçirtdiyi 2020-ci il üzrə inklüziv siniflərin təşkili mövzusunda layihənin qaliblərindən biriyəm. EYUDER dərnəyinin Azərbaycan üzre təmsilçi və koordinatoruyam, eTwinninq üzvüyə m.STEM üzre 3-cü böyük Türkiyə projesinin Azərbaycan təmsilçilərindən biriyəm..50-yə yaxın müxtəlif beynəlxalq ve yerli kurs ve seminarların sertifikatını almışam. Avropa İttifaqının aylıq bülletenində keçdiyim dərs(yanvar ayı) nümunəvi təcrübə kimi paylaşılmışdır. Bu həm də Cəlilabad RTŞ tərəfindən də rayon ictimaiyyətinin diqqətinə çatdırılmışdır.

https://static.inkluzivtehsil.az/book/files/Ayl%C4%B1q%20Bulleten%20-%20Yanvar.pdf