Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
Örnək müəllim - Gülnar İsmayılova

26 yaşım var.Bakıda yaşayıram.3 ildir ki, rayon (ucqar kənd məktəblərində) könüllü olaraq müəllim kimi fəaliyyət göstərirəm.İlk dəfə  2017 ci ildə  Daşkəsən rayon Dəstəfur kənd məktəbində miqdən keçərək Azərbaycan dili və ədəbiyyat müəllimi kimi  fəaliyyətə başlamışam.Fəaliyyətim ərzində məktəbdə müəyyən tədbirlər,şagird fəaliyyətində aktivliyə səy göstərmişəm.

2 dəfə isə müəyyən taşkilatlar tərəfindən kənd məktəbinə maddi yardımlar olunub.Və bədii kitablar hədiyyə olunub.

2018 ci ildən isə Ağcabədi rayonunda yerləşən Laçın rayon Habil Həsənov adına Mişni kənd tam orta məktəbinə(məcburi köçkün məktəbidir)

yerdəyişmə etmişəm.2 ildir ki, fəaliyyətimə orda davam edirəm.

Öz şəxsi təşəbbüsümlə məktəbimizə kompüter,printer ,yeni tipli yazı lövhələri gətirmişəm.Onu da qeyd edim ki,bunların heç biri məktəbimizdə yox idi.Və təbii ki,təhsil üçün,şagirdlər üçün bunların faydası çox oldu.

Könüllü təşkilatlar tərəfindən ötən il də ,bu il də şagirdlərə məktəbli çantaları və digər dərs ləvazimatları hədiyyə olunmasını həyata keçirmişdim.Yen ildə isə yaxşı oxuyan şagirdlərə təltifetmə məqsədli hədiyyələr paylamışdım.

Sinif rəhbəri olduğum sinifdə daimi hədiyyəli yarışlar kecirilir.Şagirdlərlə yeni kurikulum üsulları əsasında dərslər keçirik.Auksion,Rollu oyunlar,Ziqzaq,qrup işləri,fərdi işlər və s.Bu ildən isə Steam əsaslı dərslərə başlamışıq.Uşaqların şəxsi inkişafında və öyrənməyə həvəsində Steam -in rolu danılmazdır.

Steam öyrənmə metodunda isə -1)Layihə əsaslı öyrənmə (PBL), 2)Problem əsaslı öyrənmə, Oyun əsaslı öyrənmə, Mobil öyrənmə, Analogiya əsaslı öyrənmə, Tinkercad, Fənlərarası əlaqə , Escaperoom və s metodlarla  dərslər keçilir.

Və məktəbdə digər müəllimlərə də təlim xarakterli öyrədilir.Bu barədə youtub-da video yerləşdirilib.

Dərsdənkənar ,daha çox şagirdlərlə kənddə  birgə abituriyent hazırlıqları,oxu müzakirələri təşkil edirik.Və birgə meşə səyahətlərimiz olur.Dərsdənkənar dərnək saatları da öz yerində.

 

 

Hal-hazırda isə Steam Azərbaycan və eTwinnnig layihələrində müəllim kimi fəaliyyət göstərirəm.

"Laçın Rayon Yap Təşkilatı", "RİİB "-in, "Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının" ,"Azərbaycan Maarifçilər Assosiasiyasının","Kreativ Könüllülər " -in üzvüyəm.