Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
Örnək müəllim - Aysel Babayeva

Aysel Babayeva Nizami qızı-Mən dərs metodlarında ən yeni və müasir metodlarla dərs keçirəm. Bunu digər ölkə müəllimlərindən araşdırıb, axtarıb, öyrənib tədbiq edirəm. Şagirdə şəxsiyyət kimi yanaşmaq və qarşılıqlı hörmət mənim üçün ən əsas məqamlardan biridir. Dərsi izah edərkən özümü onların yerinə qoyuram. Onların diqqətini dərsə cəmləmək üçün öz xüsusi metodlarımdan istifadə edirəm. Riyaziyyatın həyatla əlaqəli olduğuna dair nümunələr göstərirəm. Bu onların riyaziyyat fənninə olan marağını artırır. Tənəffüsdə onlarla söhbətlər aparır, məsləhətlər verir, səmimi olmağa çalışıram. Boş zamanlarını səmərəli keçirmələri üçün məsləhətlər verirəm. Dərsdən sonra isə şagirdlərimlə vaxt keçirir, özümü inkişaf üçün axtarış edir, dil biliklərimi inkişaf etdirirəm.

 

Ali məktəbə 2012-ci ildə 425 balla daxil olmuşam. MİQ imtahanından isə 50 bal toplamışam. 2014-cü ildə İNFOMATRİX-ROMANİA beynəlxalq olimpiadasında bürünc medal qazanmışam. 2014-cü ildə BAKUTEL sərgisində iştirakçı olmuşam. 2018-ci ildə "5 OKTYABR-MÜƏLLİMLƏR GÜNÜ" münasibəti ilə Nərimanov Rayon orta ümumtəhsil məktəblərinin gənc müəllimləri arasında bilik yarışması-SERTİFİKAT.

2019-cu il DÖVLƏT İMTAHAN MƏRKƏZİ (Sertifikat)

2019-cu ildə keçirilən beynəlxalq İNFOMATRİX-ASİA olimpiadasında layihə rəhbəri

2019-cu il BAKI ŞƏHƏRİ NİZAMİ RAYON İCRA HAKİMİYYƏTİ (Təşəkkürnamə)