Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
Örnək müəllim - Babək Rzazadə

Rzazadə Babək Tarif oğlu-Mən Rzazadə Babək Tarif oğlu 13. 03. 1992 - ci ildə Astara rayonu Deqədi kəndində anadan olmuşam. 1997-ci ildə Deqədi kənd əsas məktəbinin hazırlıq sinfinə getmişəm. 2006-cı ildə Şüvi kənd orta məktəbinin 9 - ci sinfinə getmişəm. 2009-cu il həmin məktəbin məzunu olmuşam. 2009-cu ildə LDU -nun Humanitar və Pedaqoji fakultəsinin Xarici dil müəllimliyi (İngilis dili) ixtisasına daxil olmuşam. 2013-cü ildə universitetin bakalavr məzunu olmuşam. 2013- cu ilin yayında hərbi xidmətə yollanmışam. 1 İl Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində (Lələ təpə) hərbi xidmət keçmişəm. Ön cəbhədə nümunəvi xidmətimə görə fəxri fərmanla təltif olunmuşam. 2014-cü ildə hərbi xidmətimi bitirdikdən sonra MİQ imtahanında iştirak edərək 35 bal üzərindən 23 bal toplayaraq 2014 – 2016 – cı illər ərzində Lerik rayonu ucqar kəndi olan Molalan kənd ümumi orta məktəbində İngilis dili müəllimi kimi fəaliyyətə başlamışam. 2016 - cı ildə magistr təhsili almaq səbəbindən işlədiyim məktəbdən istefa ərizəsi vermişəm. 2016 – 2018- ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin MBA – Biznesin təşkili və idarə edilməsi, Muhasibat uçotu- Accounting (tədris ingilis dilində) magistr təhsilimi almışam. 2018 – ci ildə yenidən MİQ imtahanında iştirak edərək 51 bal toplayaraq Astara rayonu Şahağacı kəndi 2 saylı tam orta məktəbinə İngilis dili müəllimi kimi fəaliyyətə başlamışam.Elə həmin il ikinci iş yeri kimi müqavilə əsasında Astara şəhər 1 saylı tam orta məktəbində də 10 və 11- ci təmayul siniflərində dərs demişəm. 2019- cu ildə Müəllimlərin Yerdəyişmə müsabiqəsində iştirak edərək, Astara şəhər 1 saylı məktəbinə İngilis dili müəllimi kimi təyin olunub və hal – hazırda həmin məktəbin həm ingilis dili müəllimi, metodbirləşmə sədri və həmkarlar təşkilatının üzvüyəm. 

 Mənim müəllimliyə həvəsim lap uşaq vaxtından var idi. Yadımdadır mən 2-3-cü sinifdə oxuyanda günorta növbəsi məktəbə gedirdim və səhər tez durub dərslərimi maraqlı metodla öyrənirdim. Mən dərs proqramı və jurnal hazırlamışdım. Jurnalda xəyali şagirdlər adını qeyd etmışdim və hər gün öz məktəb dərslərimi soruşurdum və şagirdlərin hər birinin adından cavab verib qiymətləndirirdim. Bu isə öz dərslərimi öyrənməyimə kömək olurdu. Bu hər gün davam edirdi şagirdlərim isə balışlar idi. 9-cu sinifdən isə mən aramızda bir saatlıq məsafə olan qonşu Şüvi kənd məktəbinə 3 il getmişəm. Yollar palçıq olduğundan mən çəkmə ilə gedib özümlə ayaqqabı götürürdüm və məktəbdə dəyişirdim. Bütün bunlar mənim məktəbə vaxtında çatmağıma və dərslərimi oxumağıma mane olmurdu. 

  Bizim kənd çox balaca bir kənddir. 2009-cu ildə mən kəndimizdən tələbə adını qazanmış yeganə şagird idim və bu kəndimizdə çox böyük bir hadisə sayılırdı. Hazırlıqlara təkcə İngilis dili fənnindən gedirdim, çünki bizim məktəbdə xarici dil kimi rus dili tədris olunurdu. Qeyd edim ki, İngilis dilinin əlifbasını ilk dəfə mən 10 – cu sinifdə öyrənmişəm. Nəhayət 408- balla arzuladığım ixtisasa ödənişli olsada daxil ola bildim. Maddi vəziyyətimiz yaxşı olmadığından atam ödənişimi çox çətinliklə

 

1) Abituriyent qəbul imtahanında 408 bal, Magistr imtahanında 89 bal, MİQ 2018 – ci il imtahanında 51 bal toplamışam.

     2) 2018 – ci ildə TN tərəfindən respublikada ilin 40 ən yaxşı gənc müəllimi kimi Gənclər Günündə Bakıda nazir ilə görüşümüz olub və mükafatlandırılmışam.

    3) 2018 – ci ildə Astara gənclər idarəsinin fəxri fərmanına layiq görülmüşəm.

    4) 2019 – cu ildə Astara icra hakimiyyətinin fəxri fərmanına layiq görülmüşəm.

    5) 2019 – cu ildə Astara YAP – nın fəxri fərmanına layiq görülmüşəm. 

    6) 2019 – cu ildə Təhsil Nazirliyi tərəfindən respublikada fəal gənc müəllim kimi fərqlənən və təqvim ili üçün şəkli çəkilən müəllimlərdən biri olmuşam.

     7) 2019 – cu ildə İlin Gənc Müəllimmi müsabiqəsində ilk 50 – liyə düşən müəllimlərdən biri olmuşam. 

    8) Bir neçə dəfə Astara şəhər bir saylı orta məktəbin direktoru adından fəxri fərmanlarla təltif olunmuşam.

    9) 2018 –ci ildə rayonumuzda təşkil olunan “Xəmsə intellektual oyunlarında” məktəb komandasının tərkibində qalib olmuşam.

    10) 2019 – cu ildə Astara Təhsil şöbəsinin Yanında Təhsil könüllülərinin Astara rayon müəllimləri arasında bilik yarışında komanda kapitanı və ən fəal iştirakçı kimi birinci yerə layiq görülmüşəm.

    11) Təhsil Nazirliyinin 4-cü Qrant müsabiqəsinin qalibi olmuşam.

11)Təyarə-Qərbi Kaspi uni(Ekologiya)

12)Nəzrin-LDU(İngilis dili müəllimliyi)

13)Şəbnəm(LDU-Meşəçilik)

14)Kərim-AdNSU(Elektirk mühəndisliyi)

15)Fatimə LDU(Az dil və ədəbiyyat müəllimliyi)

16)Nurlan-ADPU(Riyaziyyat informatika müəllimliyi)

17.Zəhra-Astara Pedaqoji kolleci(Aqronomluq)

18.Arif-Astara Pedaqoji Kolleci

19.Xanım-Astara Pedaqoji Kolleci

Şahağacı 2 saylı məktəb şagirdlərim:

1)Babulla-ADNSU(Neft qaz mühəndisliyi)

2)Fidan-BDU(informatika müəllimliyi)

3)Sultan-Dəniz Akademiyası(Gəmiçilik)

4)Mirrza-Dəniz Akademiyası(Gəmiçilik)

5)Hidayət-Azərbaycan Dövlət Bədən tərbiyəsi Akademiyası

6)Etibar-Azərbaycan Dövlət Bədən tərbiyəsi Akademiyası

7)Zaxar-Azərbaycan Dövlət Bədən tərbiyəsi Akademiyası

8)Nazənin-LDU(Fizika müəllimliyi)

2019 – 2020 (Astara)

 

100- ə qədər tələbə adını alacaq tələbələrim var, sadəcə tələbə adını rəsmi almadıqlarına görə paylaşmıram.

 

Şagirdlərimlə müxtəlif yarış müsabiqə və viktorinalarda iştirak edib qalib olmuşuq.

 Bu il rayon səviyyəsində “Gələcəyin birİncilərinin” təşkil etdiyi yarışmada 11b təmayul şagirdləri ilə 1 – ci yerə layiq görülmüşük.