Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
Örnək müəllim - Aysel Alızadə

Bəlkə də,bədiilikdən uzaq yazacam fikirlərimi.Ancaq bu sual ilə qarşılaşanda gözümün qarşısına uşaqlığım gəlir.Özündən böyük,balaca hər kəsi qarşısına yığıb,qarşısındakıları şagird,özünü müəllim elan edən Aysel.Bu zaman 6-10 yaş aralığında idim.Və müəllimlik ixtisaslarını fərqləndirə bilmirdim.Hər uşaq kimi müəllimin güldüyünə,yemək yediyinə inanmırdım.Oyun zamanı da bu detallara fikir verirdim ki,oyun da olsa gülə bilmərəm,yemək yeyə bilmərəm:)Artıq birinci sinfə gedəndə hər uşaq kimi qohumlarım tərəfindən suallar gəlirdi ki,böyüyəndə Aysel kim olacaq?Cavabım-müəllim olurdu.Nə müəllimi?sualını anlamadığım üçün Xatirə müəllim(ibtidai sinif müəllimim)cavabını verirdim.Çünki balaca uşaqlara dərs keçmək istəyirdim,onların başını sığallamaq,pencəklərini geyindirmək,əllərindən tutub yazı yazdırmaq,saymağı öyrətmək inanılmaz dərəcədə həyəcanlı gəlirdi.Xəyalını qururdum,ancaq gələcəyi bilmirdim.Və illər keçdi...Balaca Aysel böyüdü,artıq xəyallar da,hədəflər böyümüşdü.Jurnalistika və uşaqlıq xəyalımın ixtisası arasında seçim zamanı çatmışdı.Universitetə qəbul üçün balımı yığdım.Və uşaqlıq xəyalımı gerçək etməyi seçdim.Və yaxşı ki,həyatımın ən düzgün seçimini etdim.Mən ibtidai sinfi Şəmkirdə,5-ci sinifdən isə Bakıda oxumuşam.Və 2017-ci ildə yenidən Şəmkirə qayıtdım.Ailəm Bakıda qalsa da,oranı seçməyimi istəsələr də,yenə öz seçimim rol oynadı.Axı mən ibtidai sinif müəllimi olmaq qərarını Bakıdan 420km məsafədə vermişdim.O kəndin yenidən müəllim Ayselə ehtiyyacı var idi.Mən öz şəxsi gəlirlərimə,mənfəətlərimə görə Bakıda qala bilməzdim.Çünki kəndin saf,məsum uşaqları yol gözləyirdilər.Beləliklə 12 il sonra yenidən qayıtdım.İlk işlədiyim məktəb başqa məktəb oldu.O məktəbin şagirdləri ilə “həyatda nə hekayələr var”-ı gördüm.Atası tərəfindən atılan uşaqlar,10yaşı olsa da,evin yükünü üzərinə götürən uşaqlar,yemək bişirən 10 yaşında qızlar,heyvan otaran 10 yaşında oğlanlar.İlk gün o qədər sevgi ilə qarşıladılar ki,sanki sevgiyə susamışdılar,bu sevgini göstərmək üçün insan axtarırlarmış.Mən də həmin zamanlar xoş olmayan hadisələr yaşamışdım.Biz bir-birimizə tutunduq,yeri gəldi müəllim,yeri gəldi dost olduq.”Mən müəlliməm,ciddi olmalıyam,qorxmalıdırlar”demədim.”Mən yaxşı müəllim olmalıyam,düzü ,səhvi göstərməliyəm”dedim və deyirəm 3 ildir. Dərslərimi ibtidai sinif olduğu üçün daha çox oyun əsasında qururam.Oyunlarla izah onlara daha maraqlı gəlir,daha gözəl dərk edirlər.Fəal təlimin bütün üsul və metodlarından istifadə edirəm.Ən çox isə BİBO,Müzakirə,Təqdimat,Kalaster kimi üsullarla qururam dərsimi.Bu uşaqlarda dərsə daha da maraq yaradır Şagirdlərimlə ünsiyyət zamanı heç vaxt problem yaşamamışam.Ən hiperaktiv şagirdim belə dərsim zamanı dərsə qulaq asır.Düşünürəm ki,müəllim özünü şagirdlərə sevdirməyi bacarırsa,o problemlə üzləşmir.Sevgi ilə hər şeyin öhdəsindən gəlmək olur

 

Bakalavr-410 bal MİQ 2017-46 bal Magistr 2017-71 bal(ancaq oxumadım,işi seçdim) Miq 2018-55 bal Şəmkir üzrə 2019-cu ildə müəllimi adını almışam Təhsildə İnkişaf Və İnnovasiyalar üzrə ||| qrant müsabiqəsində “Kənd məktəblilərinin musiqi festivalı”layihəm ilə qalib olmuşam. Bakıda tətildə olduğum müddətdə bir çox seminarlarda iştirak etmişəm və sertifikatlar əldə etmişəm. Şəmkirin İcra Başçısı tərəfindən,RTŞ tərədindən “təhsildə göstərdiyim fəaliyyətə və ictimai işlərdəki fəallığıma görə”görə təltif edilmişəm.2018 və 2019-cu illərdə Cənab Nazirimiz Ceyhun Bayramovun “Gənclər Günü” münasibəti ilə müəllimlərlə görüşünə dəvət almışam və iştirak etmişəm.AGMA,Çinar Yayımlarının forumunda iştirak etmişəm