Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
Örnək müəllim - Təranə Möhsünova

2014-cüildə Bakı şəhəri296 saylı tam orta məktəbdə müqavilə ilə işə başlamışam.2015-ci ildə müqavilə ilə307 nömrəli tam orta məktəbdə,2016-ci ildə isə daimi olaraq71 saylı tam orta məktəbdə çalışmışam.Yerdəşiymə edərək 2017-ci ildən 96 nömrəli tam orta məktəbdə çalışıram. Hər bir mövzuya uyğun xüsusi metodlar qururam.Vurma, bölmə, hesablama, oxuma, yazmaya dairasan metodlar. Sinfimdə öyrənmə çətinliyi olan şagirdlərim üçün bir mövzuya uyğun bir-neçə metod tapıram. Metodlarım:➡️Dalğametodu - Əgər sinifdə özünə qapanıq, utancaq, qavraması zəif şagirdlər varsa.Bütün sinif uşaqlarını ona tərəf yönəldib cəmiyyətə qazandırmağa çalışıram. Hərfmetodu -Oxumaqda əziyyət çəkən uşaqlar üçün hərfləri böyüdüb, istiqamətlərini öyrədib hecalar qurdururam. Xətt təlimimetodu -şagirdlərin xətləri onların sıxıntılarından, gərginliklərindən xəbər verir.Bu metod ilə gərginliyi azaltmaq olur. Kumulyativ təkrar metodu- Yaddaşı zəif şagirdlərim üçün təkrarlı sözlər tapıb oyun halında yarışmalar təşkil edirəm. Səslidüşünmə -şagirdlərimi qruplara ayırıram,verdiyim tapşırıq ilə əlaqəli səsli şəkildə düşünməklərini istəyirəm və bu tapşırığı edərkən nələr hiss etdiklərini öyrənirəm. Diskalkuliya metodları -Riyaziyyatdan çətinlik çəkən uşaqlar üçündür. Oyun metodu -Şagirdlərimin yaşlarınauyğun oyunlar təşkil edirəm və bu oyunlarda onların narahatlığını, aktivliyini müəyyənedirəm. Nağılmetodu - Sonubəlli olmayan nağılları səsləndirirəm və şagirdlərimin sonlarını düzəltməsini istəyirəm. Bununla da onların motivasiyaları və dərsdə aktivlikləri artır. Aktiv öyrənmə metodu - bir hekayə yazma, rollu oyunlar, divar kağızı hazırlama, səs yazısı etmə ilə özünüifadələrini artırıram. Xor və səsli oxuma - Oxuma və danışma çətinliyi olan şagirdlərim üçündür. Bədən dilindən aktiv şəkildə istifadə etmə - mimika və jestlər öyrədirəm, onlar da doğru yerdə, doğru zamanda istifadə etməyi öyrənir. İnkluziv təlim - Sinfimdə autizm diaqnozlu şagirdim olduğu üçün siniflə bərabər o şagirdə kömək edirik. Söz ehtiyatlarını artırmaq üçün sözlük yarışması - Lövhəyə yaşlarına uyğun sözlər yazıram, onlar da bu sözlərin mənasını yazırlar. Mətn yarışması - keçdiyimiz mətnləri təkrarlamaq üçün hər hansı bir mətni açırıq və onlardan 3 cümlə oxuyub hansı mətnə aid olduğunu tapırıq. Diqqət dağınıqlığı ilə əlaqəli diqqət oyunları. Özümün rəhbəri olduğum və təsis etdiyim uşaq inkişaf mərkəzim var. Dərsdən sonra ora gedib sindromlu uşaqlarla dərslər keçib, oyunlar oynayıram. Hər həftənin şənbə günü bütün uşaülar üçün Qrup terapiyaları təşkil edir və bu terapiyalarda bütün növ şagirdlərlə oyunlar qurur və dərslər öyrənirik. Şagirdlərim ilə gəzintilərə çıxır və təbiət qoynunda dərslərimizi keçirik. Bütün şagirdlərim ilə səmimi olmağa çalışıram. Ünsiyyətə girməkdə çətinlik çəkən şagirdlərim olan zaman, digər şagirdlərim ilə birgə onunla oyunlar oynayır və ona zaman ayırıram. Mənə güvənməsini və onu çox sevdiyimi, mənim üçün dəyərli olmasını bilməsi üçün onunla müxtəlif söhbətlər aparır, çox zaman evlərini də ziyarət edirəm. 

 

2008-ci il 521 bal ali məktəbə qəbul oldum.Daimi işə daxil olarkən 54 bal, diaqnostikadan 54 bal. Mükafatlarım: Təhsil Nazirliyi III Grant mükafatı. Mövzu: Disleksiya Emedia qrupun təşkil etdiyi Şəms milli mükafat. 2018-ci il Emedia qrupun təşkiletdiyi Disleksiya üzrə The best of Azerbaijan 2019 Cənab İlham Əliyevin doğum gününə yazdığım məqaləyə görə Zirvə Media Mükafatı Həqiqət. az-ın keçirdiyi sorğuya əsasən Peşəkar müəllim mükafatıTürkiyə Cumhuriyyəti ilə Events groupun keçirdiyi Gold Face of Turkey Disleksiya mükafatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlilliyi olan uşaqların valideynlərini maarifləndirmə layihəsinin təlimçisi olmuşam.Təhsil Nazirliyi xətti ilə oxumada çətinlik çəkən uşaqlar üçün Disleksiya təlim vəsaiti hazırlamışam.Disleksiyaya dairbir-neçə məqalələrim müxtəlif yerlərdə çap olunub.Getdiyim yüzlərlə seminar və tədbirlərdən ən əsaslarını qeyd edirəm.Seminarlar və tədbirlər. 1) İbtidai sinif müəllimlərinin1-ci təhsil forumu

2)İstanbul Esenyurt Universietində"Disleksi veben"mövzusu ilə Azərbaycanı təmsil etmişəm 

3)Karadenizler Çevrevakfı vəKültür merkezinde Ebru sanatı, el işleri tədbiri 4) İstanbul Belediyyesi Kartal Bilim Merkezinde Zeka oyunları seminarı 5) Gənc Müəllimlər Assosiasıyası 6) TİPİİ - İKT təlimi 7) The US - Educated Azerbaijani Alumni Association təşkil etdiyi Amerikanın təhsik sistemi seminarı 8) The İnternational Association of Professional Development İAPD -in təşkil etdiyi;Hans Werner Gessmanin təqdimatında "Humanistik Psixodrama" Konfransı(alman təcrübəsi) 9) The İnternational Association of Professional Development İAPD -in təşkil etdiyi; Lora Zakonun təqdimatında " Disleksi uşaqlarla Devis metodu" (israil təcrübəsi) 10) Azərbaycan Psixologiya və Psixoterapiya Assosiasiyası APPA Təhsil Psixologiyası Departamenti "Təhsilə Dəstək" layihəsi çərçivəsində Təhsildə peşəkarlığın yüksəldilməsi və tədrisin keyfiyyətinin artırılması məqsədilə təhsil işçiləri üçün təşkil olunan "Təlimdə geri qalan şagirdlərə psixo-pedaqoji dəstək" 11) Rayon İcra Hakimiyyətinin təşkil etdiyi ümummilli Heydər Əliyevin doğum günü, 20 Yanvar Faciəsi, Xocalı soyqırımı və s. aid olan bütün tədbirlər 12) Təhsil Nazirliyinin təşkil etdiyi tədbirlər.