Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
Örnək müəllim - Məmmədov Rəvan

Rəvan Məmmədov Kərim oğlu-Mən 2001 -ci ildən 2010-cu ilə kimi Xanlar Qafarov adına İsmətli kənd orta məktəbində pedaqoji fəaliyyətlə məşğul olmuşam.2010-cu ildən bu günə qədər Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksində Kimya kafedrasının işinə rəhbərlik edir və burada kimya müəllimi kimi çalışıram.2014-cü ildə Azərbaycanda keçirilən “Ən yaxşı müəllim” müsabiqəsinin qalibiyəm.2017-ci ildə Prezident Yanında Bilik Fondu tərəfindən Azərbaycanda müəllimlər arasında keçirilən ”Ən yaxşı pedaqoji yazı” müsabiqəsinin qaliblərindən biriyəm. Həmin pedaqoji yazı kimya fənninin tədrisində rollu və didaktik oyunlardan istifadənin innovativ formaları barədə olmuşdur.

Mən kimya fənninin tədrisi zamanı interaktiv və inteqrativ tədris metodlarından sistemli və geniş şəkildə istifadə edirəm. Azərbaycanda ilk olaraq, kimyəvi təcrübələrin köməyi ilə dərsdə xüsusi inteqrativ sxemli tədris metodlarının yeni formalarını yaradıb uğurla tətbiq etmişəm. Bu barədə Amerika Birləşmiş Ştatları, Kanada,Türkiyə,Almaniya,Yaponiya və sair ölkələrdə impakt faktorlu nüfuzlu beynəlxalq jurnallarda ingilis dilində geniş həcmdə elmi-pedaqoji məqalələrim dərc olunmuşdur. Bu məqalələrdə öz pedaqoji yaradıcılığımın məhsulu olan yeni tədris metodları təsvir edilmişdir.Həmin məqlələlərə dünyanın 50-dən çox ölkəsindən tanınmış universitetlərdən olan alimlər müsbət rəy vermiş və öz əsəsrlərində mənim işlərimə istinad etmişlər. Həmin alimlər arasında Harvard, Kembric, Stanford,Oksford və sair universitetlərdən təhsil ekspertləri vardır. Bütün bunları nəzərə alan Azərbaycanın Milli Elmlər Akademiyası 2018-ci ilin noyabrında mənim pedaqoji fəaliyyətim barədə məlumatları Azərbaycan və əməkdaşlıq etdiyi xarici ölkələrdə yaymaq məqsədilə geniş məqalə dərc etdi. Bu məqalə Neft-Kimya Prosesləri İnistutunun rəsmi saytında dərc olundu və geniş baxış sayı topladı.Sizin də yaxından tanış olmanız üçün həmin məqalənin internet ünvanının linkini aşağıda verirəm:

http://www.nkpi.az/?page=addread&id=7667&lang=en 

Sizin mənin tədris metodikam haqqında daha geniş və dəqiq məlumat əldə etməniz üçün 2015-ci ildə Amerika Birləşmiş Ştatlarında və 2016-cı ildə Türkiyə və Kanadada nüfuzlu beynəlxalq jurnallarda nəşr olunmuş məqalələrimin internet ünvünının linklərini də aşağıda verirəm:

http://www.hrpub.org/download/20151231/UJC1-16403982.pdf

https://www.tojned.net/journals/tojned/articles/v06i01/v06i01-21.pdf

Dərsdən sonra qeyri-formal tədris çərçivəsində apardığım işlərdən biri də bütün dünyada təhsil sahəsindəki tədqiqatları ilə tanınan bəzi beynəlxalq təşkilat və jurnallarla əməkdaşlıq etməyim və onların bir qismində idarə heyətinin üzvü kimi çalışmağımdır. Məsələn, Sinqapurda nəşr olunan “Journal of Education and Devolopment” adlı nüfuzlu beynəlxalq jurnalı buna nümunə göstərmək olar. Mənə jurnal tərəfindən təhsil sahəsindəki tədqiqatlar üzrə beynəlxalq rəyçi (ekspert) statusu verilmişdir.