Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
Örnək müəllim - Mətanət Kərimova

Mən Kərimova Mətanət Elçin qızı Oğuz rayonunda doğulmuşam. Oğuz şəhər H. Babayev adına 1 nömrəli tam orta məktəbi və 7 illik uşaq musiqi məktəbini bitirmişəm. Orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin tarix fakültəsində təhsil almışam. 2009-cu ildə universiteti bitirmişəm. Əmək fəaliyyətinə Oğuz rayon Heydər Əliyev Mərkəzində başlamışam. 2011-ci ildə Müəllimlərin İşə Qəbulu müsabiqəsində iştirak edərək Oğuz şəhər 3 nömrəli məktəb-liseydə tarix müəllimi kimi fəaliyyətə başlamışam. Müəllimlik fəaliyyətinin ilk ilindən tarix fənninin uşaqlara sevdirilməsi üçün müasir təlim texnalogiyalarına üstünlük vermiş. dəfələrlə Oğuz Rayon Təhsil Şöbəsinin və Təhsil Nazirliyinin təşkil etdiyi müxtəlif müsabiqələrdə uğurla çıxış etmişəm. 

     2014- 2015-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş Respublika Elektron Təhsil müsabiqəsində iştirak edərək birinci il “Təhsildə ən yaxşı internet resurslar nominasiyası" üzrə fərqlənmə diplomuna, sorakı il isə II yerə layiq görülmüşəm. 

    2016-cı ildə Gənclər və İdman Nazirliyi tərəfindən dövlət gənclər siyasətinin həyata keçirilməsində göstərdiyim fəallığa görə təltif olunmuş, 

   2017-ci ildə Diaqnostik Qiymətləndirmənin nəticələrinə görə müəllimlər arasında rayon üzrə ən yüksək bal-59 bal toplamışam. 

   2018- ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil olunan respublika pedaqoji mühazirələrinin nəticəsinə görə l dərəcəli diplomla, həmin il “Azərbaycan Xalq Cümhuriyyəti və təhsil” müsabiqəsində fərqlənmə diplomu ilə təltif edilmişəm.

   2019 - cu ildə Azərbaycan Respublikası Milli Məclisin elm və təhsil komissiyasının və "Gənc Müəllim " şəbəkəsinin birgə təşkilatçılığı ilə keçirilən "İlin Gənc Muəllimi" müsabiqəsində 10 müəllimdən biri olmuşam

  2020-ci ildə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IV Qrant müsabiqəsində “Tanıyaq, tanıtdıraq” adlı vətənpərvərlik layihəsi ilə qalib gəlmişəm. 2020 ci ildə ATİAHİ tərəfindən "İlin peşəkar gənci" müsabiqəsində iştirak edərək fərqlənmə diplomuna layiq görülmüşəm .

Bundan başqa şagirdlərim Respublika Fənn Olimpiadalarında uğurla iştirak edirlər. İndiyə kimi şagirdlərim arasında 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanan şagirdlər vardır. Ənsərli Cahan, Mövsümzadə Aysel, Atlızadə Sənan respublika fənn olimpiadalarının qalibi olmuş şagirdlərimdir. Onlardan Atlızadə Sənan Oğuz rayonu üzrə olimpiada medalı ilə ali məktəbə imtahansız daxil olan ilk şagird olmuşdur. Ənsərli Cahan isə məktəbi qızıl medalla bitirməklə yanaşı, Prezident təqaüdünə layiq görülmüşdür.

Dəfələrlə Oğuz Rayon İcra Hakimiyyətinin, YAP Oğuz Rayon Təşkilatının, Oğuz Rayon Təhsil Şöbəsinin, Oğuz Rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanlarına layiq görülmüşəm.