Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
Örnək müəllim - Aytən Vəliyeva

Vəliyeva Aytən Namiq qızı 1994-cü il sentyabr ayının 14-ündə Gəncə şəhərində anadan olmuşdur. Uşaqlıqdan öyrənməyə olan marağı onu anasının da köməyi ilə 1-ci və 2-ci sinif dərs proqramını tam mənimsəməyə nail olmasına səbəb olmuşdur. Lakin o zamanlar atasının işi ilə əlaqədar olaraq, Bakı şəhərinə köç etmiş və ibtidai təhsilinə elə Bakı şəhərində başlamışdır. Həmin dövrdə yaşı erkən olduğu üçün ibtidai məktəbə qəbul olunması mümkün olmadığı halda, uşaqlıq dövrlərindən də gələn fitri istedadı və xüsusi imtahan edilərək göstərdiyi çox mükəmməl nəticə ilə ibtidai sinifə erkən yaşlarından qəbul olunmuşdur. Lakin bir müddət sonra, yenə atasının işi ilə bağlı olaraq, Gəncə şəhərinə geri qayıtmaq məcburiyyətində olmuşdur. Buna bağlı olaraq, orta məktəb təhsilini Gəncə şəhərində davam etdirməli məcburiyyətində qalmışdır. Gəncə şəhərində müxtəlif məktəblərdə təhsil almağı onun təhsilə olan marağına mənfi deyil, əksinə müsbət təsir bağışlamışdır. Dəqiq fənnlərdən – riyaziyyat, fizika və kimya kimi fənnlərdən olan yüksək biliyi həmin dövrdə məktəbinin də təkidi ilə müxtəlif olimpiadalara qatılmasına, məktəbinə və özünə birincilik qazandırmasına gətirib çıxarmışdır. 2011- ci ildə Gəncə şəhərində təhsil aldığı məktəbi qızıl medalla bitirmiş və elə həmin ili də Bakı Slavyan Universitetinin “Xarici dil müəllimliyi – ingilis dili üzrə” ixtisasına daxil olmuşdur. Həmin illərdə xarici dilə olan marağı onun bir neçə dil sahibi olmasına köməklik göstərmişdir. Bu illərdə ingilis dili ilə yanaşı, ikinci xarici dili kimi rus dilini də öyrənmiş lakin bununla kifayətlənməyərək, öz səyi ilə heç bir əlavə kömək olmadan hind dilini də öyrənməyə başlamışdır. Bakalavr təhsili boyunca bir çox elmi konfranslara və formlara qatılmış və belə tədbirlərdə yaxından iştirak etmişdir. 2015 - ci ildə Charlotte Bronte –nin “Jane Eyre” əsərində birbaşa original formadan “The Stylistic Devices (Rhetorical Devices or Figures of Speech) in Jane Eyre” adlı buraxılış işini müdafiə edərək bakalavr təhsilini fərqləndirmə, yəni qırmızı diplom ilə bitirmiş və “İngilis dili müəllimliyi” ixtisası üzrə bakalavr dərəcəsi almışdır. Eyni ildə də IELTS (International English Language Testing System) imtahanı verərək, IELTS sertifikatı əldə etmişdir.

 

Mənbə: https://www.magistrol.com/2018/07/vliyeva-aytn-namiq-qz-1994-cu-il.html?m=0