Azedu.az

Şimal-qərb bölgəsindən 84 şagird RFO-da finala YÜKSƏLDİ

Şəki-Zaqatala

12 Mart 2026, 15:37
Şimal-qərb bölgəsindən 84 şagird RFO-da finala YÜKSƏLDİ

84 şagirdimiz Respublika Fənn Olimpiadalarının final mərhələsinə vəsiqə qazanıb.

Bu barədə AzEdu.az-a Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.

‎Şimal-qərb regionunun ümumi təhsil müəssisələrinin 84 şagirdi Respublika Fənn Olimpiadalarının final mərhələsinə vəsiqə qazanıb.

‎‎Yarımfinal mərhələsində Şəki rayonu üzrə 47, Oğuz rayonu üzrə 18, Qəbələ rayonu üzrə 11, Balakən rayonu üzrə 4, Zaqatala və Qax rayonlarının hər biri üzrə 2 şagird yarımfinal mərhələsində uğur qazanaraq finala vəsiqə qazanıb.

‎‎Qeyd edək ki, olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

TƏCİLİ! Türkiyə qırıcıları İrana görə havaya qaldırıldı
Son xəbərlərDaha çox