Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-29 16:59:00
Dövlət qulluğunda etik qaydaların tətbiqiylə bağlı təlim təşkil olunub

Energetika Nazirliyində “Dövlət qulluğunda etik qaydaların tətbiqi məsələləri və xidməti fəaliyyətin qiymətləndirilməsi qaydaları” mövzusunda təlim keçirilib. Təlimdə nazirlikdə müxtəlif vəzifələrdə çalışan 35 dövlət qulluqçusu iştirak edib.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər ki, təlim prosesi zamanı iştirakçılara inzibati vəzifə tutan dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları və bu qaydaların tətbiqi məsələləri, xidməti fəaliyyətin qiymətləndirilməsi üzrə tapşırıqların və meyarların ümumilik dərəcəsinin müəyyən edilməsi, qiymətləndirmə zamanı dövlət qulluqçularına tətbiq edilən tədbirlər və xidməti fəaliyyətin qiymətləndirilməsinin prosedurları haqqında ətraflı məlumat verilib, dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin məqsədi və dövlət qulluqçusunun gələcək inkişafının müəyyən edilməsindəki rolu müzakirə olunub.

Eyni zamanda, dövlət qulluqçusunun öz vəzifə borcunu qanunvericiliklə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində necə yerinə yetirməsi, subyektiv amillərə əsaslanaraq hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verilməməsi və dövlət orqanlarında korrupsiyanın və dövlət qulluqçularının fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması, dövlət qulluğunda etik qaydaların əhəmiyyəti, etik qaydaların tətbiqi məsələləri barədə ətraflı məlumat verilib. Həmçinin dövlət qulluğunda dürüstlük, etik dilemmalar, onların həlli yolları, düzgün davranış, dövlət qulluqçusunun əməl etməli olduğu əsas etik prinsiplər və s. məsələlər müzakirə edilib.

Təlim Dövlət İmtahan Mərkəzinin Dövlət qulluğu məsələləri və insan resursları şöbəsinin müdiri Vüqar Əsgərov tərəfindən aparılıb.

Sonra təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.