Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-29 11:19:00
2019-cu ilin ilk yarısında keçiriləcək bəzi imtahanların tarixləri - TƏQVİM

2018-ci ili geridə qoyaraq, 2019-u qarşılamağımıza sayılı günlər qalır. Yeni il, bəzi imtahanlarda ediləcək müəyyən dəyişikliklərlə də yadda qalacaq.

Dövlət İmtahan Mərkəzi  2019-cu ildə keçiriləcək bir neçə imtahanın  dəqiq tarixini rəsmi elan edib.

AzEdu.az  2019-cu ilin birinci yarısında DİM tərəfindən keçiriləcək və tarixləri dəqiq bəlli olan imtahanların təqvimini təqdim edir:

TOEL imtahanı -12 yanvar;

İnzibati vəzifələr üzrə müsabiqənin test imtahanı (Anövü) - 26 yanvar;

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına sınaq imtahanı- 3 fevral;

2019-cu ilin qəbul imtahanı modelinə uyğun yeni təhsil proqramları (kurikulum) üzrə keçiriləcək sınaq imtahanı -10 fevral;

Peşə liseylərinin şagirdləri üçün buraxılış imtahanı- 17 fevral;

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına Qəbul imtahanı, 1-ci mərhələ - 24 fevral;

Sat imtahanı - 9 mart;

Rezidenturaya qəbul imtahanı, birinci mərhələsi - 7 aprel;

SAT imtahanı (SAT SUBJECT) - 4 may 2019-cu il tarixlərində keçiriləcək.

Xatırladaq ki, 2019-cu ildə təşkil olunacaq buraxılış və qəbul imtahanlarının dəqiq tarixləri hələ elan olunmayıb. Bakı şəhəri və bölgələr üzrə ümumi (9 illik) orta təhsil bazasında təhsilalanlar üçün buraxılış imtahanlarının (eləcə də əvvəlki illərin məzunlarının kolleclərə qəbul imtahanının) birinci mərhələsi mart ayında, tam (11 illik) orta təhsil bazasında təhsilalanlar üçün buraxılış imtahanları isə aprel ayında təşkil olunacaq. Ali təhsil müəssisələrinə və kolleclərə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün buraxılış imtahanı qaydasında keçirilən qəbul imtahanı da aprel ayında keçiriləcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları