Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-28 10:30:00
İşdən çıxarılan 55  məmurdan 12-si dövlət qulluğu imtahanında uğur qazandı

23 dekabrda keçirilən imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxlərdən 1394 nəfər ilk dəfə dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərdir

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

İmtahan iştirakçıları və onların nəticələri haqqında növbəti statistik göstəriciləri təqdim edirik.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxlərdən 1394 nəfərdən 397 nəfər imtahanı müvəffəqiyyətlə verib.

İmtahanda iştirak edənlərdən 454 nəfər isə məlumatları "Dövlət qulluqçularının reyestri" sisteminə daxil edilmiş şəxslərdən ibarət olub.

Onlar müsabiqə və ya müsahibə yolu ilə işə qəbul edilənlər, müddətli əmək müqaviləsi və digər əsaslarla işə qəbul edilənlər və işdən azad edilənlər kateqoriyalarına bölünür.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən birinci kateqoriyaya aid müsabiqə və ya müsahibə yolu ilə dövlət qulluğuna qəbul edilmiş şəxslərin sayı 56 nəfərdir. Hazırda bu şəxslər dövlət qulluğunda çalışırlar. Bu namizədlərdən 15 nəfər imtahandan uğurla keçmişdir. Onlar müvafiq sertifikat əldə etməklə gələcəkdə daha yüksək vəzifələrdə çalışmaq imkanından istifadə edə bilərlər.

Müddətli əmək müqaviləsi və digər əsaslarla işə qəbul edilən şəxlərdən isə 343 nəfər imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş və onlardan 51 nəfər müvəffəqiyyət əldə edib.

İşdən azad edilənlər kateqoriyasına aid şəxslərdən isə 55 nəfər imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş və onlardan 12 nəfər uğur əldə edib.

Xatırladaq ki, ümumilikdə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1848 namizəddən 475 nəfər (25.7%) müvəffəqiyyət əldə edib

Test imtahanını uğurla vermiş şəxslər müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər. Növbəti müsahibə elanları dim.gov.az saytında yerləşdiriləcək.