Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-26 13:05:00
Qar Türkiyəni dondurdu, yollar buzladı, dərslər təxirə salındı   

Türkiyənin paytaxtı Anakarada güclü qar yağması səbəbindən orta və ali təhsil müəssisələrində təhsilə ara verilib.

AzEdu.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara, Qazi, Hacettepe, Yıldırım Beyazit Universitetləri bir müddət tədrisi dayandırmaq məcburiyyətində qalıblar.

Samsun, Ankara, Bursa, Bolu, Sivas, Denizli, Kırşehir, Çorum, Bilecik ərazilərində yerləşən orta məktəblərdə isə dərs bir gün müddətinə dayandırılıb.

Universitet və məktəblərdən əlavə, qeyd edilən bölgələrdəki bütün özəl və dövlət təhsil qurumları tətil elan edib.

Qeyd edək ki, hava durumunun kəskinləşəcəyi təqdirdə tətilin bir qədər uzadılması da gözləniləndir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları