Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-25 15:20:00
Bu musiqi festivallarında qalib gələn gənclərimiz imtahansız tələbə olacaqlar

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci maddəsinə əsasən, incəsənət sahəsi üzrə yüksəksəviyyəli beynəlxalq müsabiqələrin qalibləri  müvafiq  ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

AzEdu.az müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmağa əsas verən incəsənət sahəsi üzrə yüksəksəviyyəli beynəlxalq müsabiqələrin siyahısı təqdim edir:

Beynəlxalq muğam ifaçılarının müsabiqəsi (Bakı, Azərbaycan);

Vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsi (Bakı, Azərbaycan);

Gənc pianoçuların beynəlxalq müsabiqəsi (Tbilisi, Gürcüstan);

Şopenin yaradıcılığına həsr edilmiş  Baltikyanı ölkələrin gənc pianoçularının beynəlxalq müsabiqəsi (Narva, Estoniya);

“Bravo” beynəlxalq gənc skripkaçılar müsabiqəsi (Namür, Belçika);

Gənc pianoçuların “Stupen k masterstvu” beynəlxalq müsabiqəsi (Sankt-Peterburq, Rusiya);

Gənc pianoçular, skripkaçılar və violonçelçilərin beynəlxalq müsabiqəsi (Tallinn, Estoniya);

Gənc trubaçıların beynəlxalq müsabiqəsi (Stara Zaqora, Bolqarıstan);

Gənc musiqiçilərin Solhi Al Vadi adına beynəlxalq müsabiqəsi (Dəməşq, Suriya);

Gənc violonçelçilərin Antonio Janiqro adına müsabiqəsi (Roqec, Xorvatiya);

Gənc musiqiçilərin P.İ.Çaykovski adına beynəlxalq müsabiqəsi (Moskva, Rusiya);

Gənc vokalçıların Yelena Obraztsova adına beynəlxalq müsabiqəsi (Sankt-Peterburq, Rusiya);

Caz musiqi festivalı (Montre, İsveçrə);

Gənc pianoçuların beynəlxalq müsabiqəsi (Almatı, Qazaxıstan);

“Şabıt” Yaradıcı gənclərin beynəlxalq müsabiqəsi (Astana, Qazaxıstan);

Balet artistləri və xoreoqrafların beynəlxalq müsabiqəsi (Moskva, Rusiya);

“Eurovision” estrada mahnı müsabiqəsi;

Gənc pianoçuların K.N.İqumnov adına beynəlxalq müsabiqəsi (Lipetsk, Rusiya);

Skripkaçıların A.İ.Yampolski adına beynəlxalq müsabiqəsi (Moskva, Rusiya);

Pianoçuların Ferens List adına beynəlxalq müsabiqəsi (Budapeşt, Macarıstan);

Pianoçuların Friderik Şopen adına beynəlxalq müsabiqəsi (Varşava, Polşa);

Skripkaçıların Qenrix Venyavski adına beynəlxalq müsabiqəsi (Poznan, Polşa);

Skripkaçıların Fris Kreysler adına beynəlxalq müsabiqəsi (Vyana, Avstriya);

Skripkaçıların Yan Sibelius adına beynəlxalq müsabiqəsi (Helsinki, Finlandiya);

Skripkaçıların “Premio Paqanini” adına beynəlxalq müsabiqəsi (Genuya, İtaliya);

Skripka və alt ifaçılarının beynəlxalq müsabiqəsi (Bied, Sloveniya);

Kraliça Yelizaveta adına musiqi müsabiqəsi (Belçika);

Pianoçuların Van Klibern adına beynəlxalq müsabiqəsi (Klivlend, ABŞ).

Qeyd edək ki,  ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmağa əsas verən incəsənət sahəsi üzrə yüksəksəviyyəli beynəlxalq müsabiqələrin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 119 nömrəli qərarı ilə təsdiq edilib.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları