Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-25 12:45:00
Əvvəlki illərin məzunları üçün müsabiqə şərtləri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi XI sinfi əvvəlki illərdə bitirənlərin ali məktəbə qəbul olması üçün şərtləri açıqlayıb.

DİM-dən AzEdu.az-a verilən məlumata görə, XI sinfi əvvəlki illərdə Azərbaycanda bitirən və ya xaricdə yerləşən təhsil müəssisələrini cari və əvvəlki illərdə bitirən abituriyentlər tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) müsabiqəsində iştirak etmək üçün Azərbaycan (rus) dili, riyaziyyat və xarici dil fənlərindən qəbul imtahanı verməlidirlər.

Qəbul imtahanını rus dilində verən abituriyentlər (2018-ci ildə Azərbaycan dili fənni üzrə imtahandan “məqbul” qiymət alan abituriyentlər istisna olmaqla) tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq üçün Azərbaycan dili fənnindən də imtahan verməlidirlər.

Qeyd edək ki, əvvəlki illərin məzunları üçün 11 illik bazada kolleclərə qəbul imtahanı aprel ayında keçirir.