Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-23 16:16:00
Almaniyada doktorantura üzrə təqaüd proqramı elan edildi

Almaniyada doktorantura üzrə təqaüd proqramı elan edilib.

AzEdu.az xəbər verir ki, proqram biokimya, hüceyrə biologiyası, epigenetika, immunobiologiya və molekulyar biologiya sahəsində mükəmməl tədqiqat yönümlü təlim təklif edir. Proqram vasitəsilə tələbələr tədqiqat üçün zəruri olan bilikləri əldə edəcəklər. Eyni zamanda tələbələr elmi biliklərini genişləndirmək, tənqidi yanaşmanı öyrənmək və problemlərin həlli yönündə bacarıqlarını inkişaf etdirmək üçün müxtəlif sahələrdən olan mütəxəssislər ilə ünsiyyət qurmaq şansı qazanacaqlar.

Proqram üçün əsas tələblər:

Yüksək akademik göstəricilər (GPA >80%);

İngilis dili bilikləri (TOEFL, IELTS sertifikatı);

Uyğun ixtisaslar üzrə magistr dərəcəsi;

Təqaüd proqramı Freiburgda yaşayış xərclərini əhatə edir.

Son müraiət tarixi: 9 fevral 2019-cu il.

Beynəlxalq tələbələr bu proqrama müraciət edə bilərlər.

Daha ətraflı məlumat və qeydiyyat üçün keçid linki: https://www.ie-freiburg.mpg.de/IMPRS-PhD