Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-20 16:12:37
“Dövlət qulluğu ehtiyatda olanların nəzarəti daha da gücləndiriləcək” –EKSPERT  

“Ehtiyatda olan şəxslərin dövlət qulluğuna qəbul prosesinə nəzarət gücləndirilməlidir. Əks halda, onlar müəyyən müddətdən sonra yenidən imtahan verməlidirlər. Bu da onlarçün çətinlik yaradır”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Konstitusiya Araşdırmalar Fondunun sədri, hüquqşünas Əliməmməd Nuriyev deyib. Onun sözlərinə görə, müsabiqədən keçən bəzi şəxslər uzun müddət dövlət qulluğunda ehtiyata götürülürlər:

“Bir  vəzifəyə onlarla iddiaçı var. Belə olan halda, dövlət orqanı tələb olunan sayda şəxsi vəzifəyə təyin edir. Qalan iddiaçılar isə ehtiyata götürülür. Ehtiyatda olan şəxslərin dövlət qulluğuna qəbul prosesinə nəzarət  gücləndirilməlidir. Əks halda, bir müddətdən sonra yenidən imtahan verməlidirlər ki, bu da onlara müəyyən  çətinlik yaradır”.

Hüquqşünas qeyd edib ki, ehtiyatda olanların nəzarəti daha da gücləndiriləcək:

“Gələcəkdə elə hallar baş verməyəcək ki, şəxs uzun müddət ehtiyatda qalsın. Namizəd ehtiyatda yalnız o halda qala bilər ki, iddia  etdiyi vəzifə vakansiya olmasın. İddiaçı vakant yerlərin təqdim olunmamasıyla bağlı narazıdırsa, Prezident Admistrasiyasına və ya DİM-ə müraciətedə bilər”

Xatırladaq ki, dövlət qulluğuna qəbul test və müsahibə mərhələsindən ibarətdir. Test  imtahanı online (kompüter vasitəsilə), həm də yazılı formada həyata keçirilir.

Test imtahanında namizədlər Azərbaycan dili, qanunvericilik, məntiqi təfəkkür və informasiya texnologiyalarından imtahan verməlidirlər.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları