Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-19 09:30:00
Rezidenturaya qəbul imtahanlarının vaxtı açıqlandı  

2019-ci tədris ili üçün rezidenturaya qəbul imtahanlarının vaxtı açıqlandı.

AzEdu.az-ın  xəbərinə görə, baza ali tibb təhsili əsasında rezidenturaya qəbul imtahanı Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mərkəzləşdirilmiş qaydada iki mərhələdə keçirilir.

Məlumata görə, baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı 2019-ci il martın 31-də, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı isə 2019-ci il iyulun 14-də keçiriləcək.