Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-18 10:00:00
IV qrupa Tarix fənninin salınmasına etiraz: “O həkimin nəyinə lazımdır?!”

“IV bloka Tarix , I bloka Ədəbiyyat fənni artırılmasının tərəfdarı olanlar, düzgün düşünmürlər. Tarix həkimin nəyinə lazımdır?! Şagird ölkəsinin tarixini orta məktəbdə oxuyur. Bundan əlavə, ali məktəbdə də bir və ya iki semestr bu fənn tədris olunur. Daha imtahan götürmək nəyə gərəkdir? Və ya mühəndis ədəbiyyatı niyə bilməlidir?”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil eksperti Elçin Əfəndi deyib. O bildirib ki, hərə özünə aid olan fənni tərifləyir:

“Kapitalizm dövrüdür. Burada təhsilə qayğıdan söhbət belə gedə bilməz. Bu, sadəcə, özünə qayğıdır. Kapital yığımı, kapitalı artırmaq üçün yollardır. Ona görə də bu fikirlərə və həmin fikirləri səsləndirənlərə qarşıyam.

Əlimdə imkan olsa, bütün ölkə üzrə Azərbaycan dili, Riyaziyyat, Məntiq, İnformatika və İngilis dilindən imtahan götürərdim. Bunlar, bütün ixtisaslar üzrə qəbulda əsas fənlər hesab olunardı”.

Ekspertin sözlərinə görə, yaşadığımız dövr bizdən ancaq və ancaq kompüter bilgisi tələb edir:

“IV bloka Tarix , I bloka Ədəbiyyat fənni və s. artırılmasının tərəfdarı olanlar, düzgün düşünmürlər. Tarix həkimin nəyinə lazımdır?! Şagird ölkəsinin tarixini orta məktəbdə oxuyur. Bundan əlavə, ali məktəbdə də bir və ya iki semetr bu fənn tədris olunur. Daha imtahan götürmək nəyə lazımdır? Və ya mühəndis ədəbiyyatı niyə bilməlidir? Hamısı kapital ətrafında dönən oyunlardır.

Ən uyğunu bütün bloklar üzrə ancaq və ancaq yuxarıda qeyd etdiyim fənlərdən imtahan götürməkdir”.

Xatırladaq ki, 2019-cu ildən qəbul imtahanları kurikulum sistemi əsasında təşkil olunacaq. Bakalavriat səviyyəsinə qəbul modelinə uyğun olaraq hər blokda 3 imtahan fənnin olması nəzərdə tutulub.

I blok – Riyaziyyat, Fizika, Kimya

II blok-Riyaziyyat, Coğrafiya, Tarix

III blok – Azərbaycan(rus) dili, Tarix, Ədəbiyyat

IV blok – Biologiya, Kimya, Fizika

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları