Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-14 12:03:03
Tələbə üzünə illərdir həsrət qalan kəndlər – Goranboyun geridə qalan təhsili

Qəbul  imtahanlarındakı  yüksək  göstəricilərə görə, respublikada bir neçə məktəb xüsusilə seçilir.

Bununla yanaşı, çox zəif  nəticələrə sahib,  qəbul faizinin respublika göstəricilərindən az olduğu məktəblər də var.

AzEdu.az  Dövlət İmtahan Mərkəzinin təsisçisi olduğu “mekteb.edu.az” saytına istinadən, Goranboy rayonu üzrə qəbul imtahanlarında ən aşağı nəticə göstərən məktəblərdən bir neçəsini təqdim edir: 

E.Məmmədov adına Goranlı kənd orta məktəbi üzrə 1997-2002-ci və 2012-2014-cü illər; 

N.Avdıyev adına Nadirkənd kənd orta məktəbi üzrə 2000-2003-cü illər; 

Ə.İsgəndərov adına Alpoud kənd orta məktəbi üzrə 2017-ci il; 

Q.Rüstəmov Qaramusalı kənd orta məktəbi üzrə 1997-2002-ci, 2005-2007-ci illər və 2017-ci il; 

S.Məmmədov adına Zeyvə kənd orta məktəbi üzrə 2001-2005-ci və 2015-2017-ci illər;

Ə.Əlihüseynov adına Todan kənd orta məktəbi üzrə 1998-2004-cü illər; 

U.Məhərrəmov adına Dəyirmanlar kənd orta məktəbi üzrə 2016-2017-ci illər; 

S.Pirəliyev adına Buzluq kənd orta məktəbi üzrə 2006-2017-ci illər; 

Q.Məmmədov adına Kələk kənd orta məktəbi üzrə 1996-1998-ci və 2002-2005-ci illər; 

M.Həsənov adına Alırzalı kənd orta məktəbi üzrə 1995-1998-ci və 2004-2009-cu illər; 

R.Qasımov adına Qırıxlı kənd orta məktəbi üzrə 1995-2010-cu illər; 

Meşəli kənd orta məktəbi üzrə 2009-2012-ci illər; 

Yenikənd kənd orta məktəbi üzrə 2006-2008-ci illər; 

H.Cəfərov adına Quşçular kənd orta məktəbi üzrə 1995-2004-cü illər; 

H.Sarıyev adına Yəhərçi qazaxlar kənd orta məktəbi üzrə 2003-2006 və 2015-2017-ci illər; 

T.Cəbrayılov adına Qazanbulaq qəsəbə orta məktəbi üzrə 1997-2002-ci illər; 

F.Rüstəmov adına Tap kənd orta məktəbi üzrə 1996-2002-ci illər; 

Qarasuçu kənd orta məktəbi üzrə 2000-2002-ci və 2006-2010-cu illər; 

N.Nəniyev adına Xınnali kənd orta məktəbi üzrə 2015-2017-ci illər ərzində heç bir məzun ali təhsil müəssisələrinə daxil ola bilməyib.

Sözügedən orta təhsil müəssisələrindən əlavə, Goranboy rayonunun bəzi məktəblərində də qəbul göstəriciləri respublika səviyyəsindən aşağıdır.

Xatırladaq ki, Goranboy rayonu buraxılış və qəbul imtahanlarında ən aşağı nəticə göstərən bölgələrdən biridir. 2011-ci ildə DİM-in sədri Məleykə Abbaszadə bəzi bölgə məzunlarının, eləcə də Ağsu rayonunun abituriyentlərinin qəbulda topladıqları balın 100-dən aşağı olduğunu açıqlamışdı.