Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-13 14:55:21
Nüfuzlu universitetlərin Hüquq, İqtisadiyyat fakültələrini bitirən, alim adı alan məşhur  futbolçular - FOTO  

Futbolun  yaranma  tarixi dəqiq məlum deyil. Ayaqla top oyunu Qədim Şərq xalqlarına məlum idi.

 Bir çox uşaqların arzusu böyüyəndə məşhur futbolçu olmaq   və milyonlar qazanmaqdır. Buna görə də  onlar gündəlik dərs öyrənməkdən imtina edərək bütün diqqətlərini  futbola yönəldirlər. Amma futbol tarixində elə oyunçular   var ki,  məşhur futbolçu olmaqla yanaşı eyni, zamanda da universitet məzunudurlar.

AzEdu.az  onların bir qismini diqqətinizə çatdırır.

Qreym Le So

O, “Çelsi” komandasında oynadığı zamanlarda yaddaşlarda qalan fransızəsilli ingilis futbolçusudur.  Qreym Le So İngiltərə milli komandasının da şərəfini qoruyub.  1998-ci ildə keçirilən  Dünya Çempionatında millisinin heyətində  yer alıb. O, Kinqston Universitetinin  məzunu olub.

 Oliver Birhoff

Alman futbolçu  Oliver Birhoff “Euro 96” finalında Çexiyaya  vurduğu 2 qolla ölkəsinə qələbə qazandırıb. O,  Hagen Universitetinin İqtisadiyyat fakültəsinin məzunu olub.

 Slaven Biliç

 

Köhnə Yuqoslaviyada doğulan futbolçu Slaven Biliç  Split Universitetinin hüquq fakültəsinin  məzunudur. Biliç eyni zamanda  alman, italyan, ingilis dilində də  sərbəst şəkildə danışa bilir.

 Dennis Berqkamp

Niderlandlı  keçmiş futbolçu Dennis Berqkamp  peşəkar futbolçu karyerasına  1986-cı ildə  başlayıb. O, İngiltərənin “Arsenal” klubunun unudulmaz futbolçularından biridir. Dennis Berqkamp Amsterdam Universitetinin  məzunudur. 

Şaka Hislop

 O, Vaşinqtonun Hovard Universitetinin  fərqlənmə diplomu  ilə məzunudur. Şaka Hislop futbol həyatına atılmadan əvvəl  NASA internatura edib və Karib Hövzəsində aparılan bir layihədə yer alıb. Peşəkar futbolçu  həyatına isə “Reading”də başlayıb.  Hislop 2007-ci ildə futbola vida edib.  

 Frenk Lempard

İngilis futbolçu olan  Frank Lampard ın ali təhsili yoxdur. Amma buna baxmayaraq  o, “Brentwood  school” u çox yüksək nəticələrlə bitirib. Çelsidə oynadığı zamanlarda  komanda IQ testi edildi və Lampardın  IQ səviyyəsi 150 oldu. 

 Sokrates

Sokrates  Braziliyanın  əfsanəvi futbolçusu olmaqla yanaşı eyni zamanda  fəlsəfə doktoru idi.

 Fethi Heper

 Fethi Heper Türkiyənin əfsanəvi futbolçularından biridir. O, Eskişehir İqtisadiyyat və Ticarət Elmlər Akademiyasında təhsil alıb. 

Günel Yaşarqızı
Müəllifin digər yazıları