Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-12 15:30:00
Kiçik dövlətlərin böyük universitetləri – Onlar dünyanı necə heyrətləndirirlər?  

Təhsilin ən  yüksək  inkişaf dövrünü  yaşayan  ölkələrdə  belə insanlar bəzən, xaricdə  təhsil almağa üz tutur.

Azərbaycanda da  xarici ölkələrdə  təhsil almaq  və ya təhsilini davam etdirmək  istəyənlər çoxdur

AzEdu.az  xaricdə təhsil almaq istəyənlər üçün kiçik ölkələrin böyük universitetlərini  diqqətinizə çatdırır:

 Estoniya - Ölkənin paytaxtı Tallin şəhərində yerləşən   Tallin  Universiteti  ölkənin üç ən qabaqcıl ali təhsil ocaqlarından biridir. Tallin Universiteti 18 mart 2005-ci ildə bir sıra ali məktəb və araşdırma institutunun birləşməsi nəticəsində yaradılıb.  Universitetin zəngin kitabxana fondu var.  Əsas kitabxanası 1946-cı ilin aprel ayında Estoniya SSR Elmlər Akademiyasının Mərkəzi Kitabxanası kimi fəaliyyətə başlayıb. 2003-cü ildən milli kitabxana statusu daşıyıb. Əsas kitabxanası 2005-ci ildən –  Tallin Universitetinin Akademik Kitabxanası adlanır. Universitetin ilk rektoru Mati Heydmets olub.  Ölkənin ən qədim ali təhsil  müəssisəsi Tartu şəhərində yerləşən   Tartu  universitetidir. Bu ali təhsil ocağı 1632-ci ildə İsveç kralı Qustav II Adolf tərəfindən yaradılıb. Universitetin çox sayda filialı, texnikumları, konservatoriyası, elmi-tədqiqat mərkəzi var. Universitet Utrext Şəbəkəsinin, Koimbra qrupunun və Avropa Birliyinin Erasmus proqramının üzvüdür. Tartu Universiteti Erasmus proqramı çərçivəsində 26 ölkənin 200-dən çox universiteti ilə əməkdaşlıq edir. 2007/2008 tədris ilində burada təxminən 175 Erasmus tələbəsi var idi ki, onların da böyük əksəriyyəti Finlandiya, Almaniya, İtaliya, Fransa və İspaniyadan gəlir.

Sinqapur - Respublikanın Nanyanq şəhərində yerləşən iki ən böyük dövlət ali təhsil müəssisəsindən biridir. Universitetin Mühəndislik Kolleci bu sahə üzrə dünyanın ən böyük təhsil ocağıdır. Nanyanq Texnoloji Universiteti Cənub-Şərqi Asiya Ali Təhsil Müəssisələri Assosiasiyasının, ASEAN Universitet Şəbəkəsinin üzvüdür.2011-2012-ci tədris ilinin yekununa əsasən Nanyanq Texnoloji Universiteti QS World University Rankings tərəfindən tərtib edilən "Dünyanın 50 gənc universitetinin reytinq cədvəli"ndə 4-cü pillədə olub.

Sinqapurun ən məşhur universitetlərindən biri də Sinqapur Milli Universitetidir. Universitet ölkədə yaradılan  ilk ali təhsil müəssisəsidir. Sinqapurun Kent Ric rayonunda yerləşir. Dünyada biotibbi, ictimai, dəqiq elmlər və maşınqayırma sahəsi üzrə tanınıb. Sinqapur Milli Universiteti  mütəmadi olaraq beynəlxalq elmi-tədqiqat konfranslarında iştirak edir. Zəngin Asiya təcrübəsini özündə birləşdirən universitet Sakit Okean regionu Universitetləri Assosiasiyasına, Beynəlxalq Tədqiqat Universitetləri Alyansınavə "Universitas 21"-ə daxildir. Universitet tələbələrin çoxluğuna və tədris proqramının zənginliyinə görə də ölkənin ali məktəbləri arasında birinci yeri tutur.

Malayziya-Ekzotik Malayziya uzun illərdir ki, sadəcə istirahət üçün deyil, həm də ali təhsil müəssisələrində keyfiyyətli təhsil almaq üçün ideal bir ölkəyə çevrilir.Ölkənin ən qədim  ali təhsil müəssisəsi 1905-ci ildə əsası qoyulan Malayziya Universitetidir. Ölkənin qabaqcıl ali təhsil müəssisələrindən biri də Malayziya Putra Universitetidir.   Bu ali təhsil müəssisənin əsası 1971-ci ildə qoyulub.

Litva- Ölkənin ən önəmli ali təhsil müəssisələrindən  biridir.  Təhsil Elmləri Universitetidir.Dünyanın ilk pedaqoji  təhsili də bu universitet tərəfindən verilib. Litvanın qabaqcıl ali təhsil  müəssisələrindən biri də Kaunas Texnologiya Universitetidir. Bu ali təhsil ocağının tarixi 1922-ci ildə Litva Universitetinin yaradılması ilə başlanıb. Universitet beynəlxalq layihələrdə müvəffəqiyyətlə iştirak edir, xarici şirkətlərlə əməkdaşlıq edir, müqavilələr bağlayır, həmçinin Litva sənayesi ilə sıx əlaqələrə malikdir. Ölkə sənayesində çalışan mühəndislərin təqribən 80 faizi bu ali təhsil ocağının məzunlarıdır.   Kaunas Texnologiya Universiteti  Baltik ölkələrində ən böyük texniki  ali təhsil ocağıdır.  Ölkədə yerləşən Vilnüs Universiteti Şərqi və Orta Avropanın ən məşhur və qədim ali təhsil müəssisələrindən biridir. Universitetinin əsası 1579-cu ildə qoyulmuşdur. Vilnüs Universiteti nəinki təkcə Litva Böyük Hersoqluğunda deyil, həmçinin bütün Şərqi Avropada ilk ali təhsil məktəbi idi. Bu universitet təhsilin və elmin nəinki Litvada, həmçinin Belarusda və Ukraynada yayılmasında böyük rol oynayıb. Reitingai” jurnalının 2014-cü ildə yazdığına görə, Vilnüs Universiteti Litvanın ən yaxşı dövlət universiteti adlandırılıb. Bu siyahıda ikinci yeri Kaunas Texnologiya Universiteti (KTU), üçüncü yeri Böyük Vitautas Universiteti tutub. Bu il dördüncü yerdə Litva Sağlamlıq Elmləri Universiteti, beşinci yerdə Gediminas adına Vilnüs Texniki Universiteti qərarlaşıb.

 Sloveniya- Ölkənin ən qabaqcıl  ali təhsil müəssisələrindən  biri paytaxtı Lyublyana şəhərində yerləşən  Lyublyana Universitetidir.   Universitetin əsası 1919-cı ildə qoyulub. Ölkənin   ən qədim və böyük ali təhsil müəssisəsidir.Universitetdə 23 fərqli fakültələr mövcuddur.

Günel Yaşarqızı
Müəllifin digər yazıları