Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-11 09:30:00
“I və IV qruplara Tarix fənninin salınması çox əla olardı” - Gənc müəllim  

“I və IV  ixtisas qruplarına Tarix fənninin əlavə olunması doğru addım olardı” 

Bunu AzEdu.az-a açıqlamasında Tarix müəllimi Səbuhi Kamal deyib.

O, son zamanlar  I və IV qruplarına Tarix fənninin  əlavə olunacağıyla  bağlı yayılan xəbərlərə münasibət bildirib: 

“Bu, çox doğru addım olardı. Çünki texniki fənləri oxuyan abituriyentlər milli tariximizi demək olar ki, bilmirlər. 

Tarix üzrə qəbul proqramı əvvəlki illərdə olduğu kimidir. Azərbaycan tarixinin, sadəcə ədəbiyyat bölməsi keçirilmir. Lakin Ümumi tarixə gəldikdə xeyli qısaltmalar müşahidə olunur. Çinin erkən orta əsrlər bölməsi ixtisar olunub. Rusiya III İvanın dövründən başlayır  və Fransanın XXI əsr hissəsi  proqramdan çıxarılıb. Mövzuların ixtisarı şagirdlər üçün asanlıq yaradır. Onsuz da 30-sualın  20-10 nisbətində, yəni 20  sual Azərbaycan tarixi, 10 sual ümumi tarix nisbətində salınmağı nəzərdə tutulub. Bu nisbət 18-12 formatında dəyişə də bilər.

Abituriyentlər əsasən, situasiya tipli tapşırıqlarda çətinlik çəkirlər. Çünki mənbələri əzbərlədirik deyə problemlər yaranır. Situasiya tapşırıqlarında 3 sualın ikisini yazıb 3-cüdə öz fikirlərini tam çatdıra bilmirlər. Düşünürəm ki, bu il 700 bal yığan şagirdlər çox az olacaq. Tarixdən 30 düz  yazmaq  güclü diqqət tələb edəcək”.

Xatırladaq ki, 2019-cu ildən qəbul imtahanları kurikulum standartları əsasında təşkil olunacaq. DİM ixtisas qrupları üzrə qəbul proqramının noyabrın ikinci yarısında elan olunacağını açıqlasa da, dekabr ayı olmasına baxmayaraq proqram hələ də nəşr olunmayıb.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları