Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-08 12:51:00
Rənglərin psixologiyası - Öyrənmə bacarığına mənfi təsir edən çalarlar

Rənglər işığın yaratdığı enerji ilə vücudun funksiyalarına, zehninə və emosiyalara təsir edir. Aparılan araşdırmalar rənglərin  beyin inkişafı, yaradıcılıq, məhsuldarlıq və öyrənməyə olan faydasını göstərir.

AzEdu.az xarici mediyaya istinadən bildirir ki, rəngin həyəcanlandırmaq, sakitləşdirmək, ilham verməklə yanaşı gərginlik hiss etdirmək kimi təsirləri də var. Uşaqlar rənglərə daha həssas olduqları üçün bu təsirlər onlarda daha aydın görünür. Bu səbəbdən uşaqlar üçün düzgün rənglər seçmək olduqca vacibdir. Nadinc uşağın geyimlərində, otağında və çantasında tünd qırmızı rəng istifadə etmək onu daha gərgin edə bilər.

Qırmızı rəng hərəkətli bir uşaqla birləşdikdə uşaq bütün gün qaça, tullana bilər. Bu vəziyyət onların öyrənmə qabiliyyətinə də mənfi yöndən təsir edə bilər. Buna görə enerjik və nadinc uşaqların əşyalarında mavi, yaşıl və bənövşəyi rəng istifadə etmək daha uyğundur.

Uşaq psixoloqlarına görə, məktəbəqədər uşaqların çəkdikləri şəkildə istifadə etdikləri rənglər onların emosional dünyalarını, xasiyyətlərini üzə çıxarır. Belə ki, isti rənglər, yəni qırmızı, sarı, narıncı rəngləri daha çox istifadə edən uşaqların daha istiqanlı, daha pozitiv olduğu mütəxəssislər tərəfindən də qeyd olunub.