Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-07 15:20:00
Rus dilinin aqibəti – fərqli ekspert rəyləri

Rus dilindən imtina Azərbaycan dilinin əhəmiyyətinə hər hansı təsir göstərməyəcək. Azərbaycan dili dövlət dilidir, bu dildə faktiki olaraq ölkədə doğulmuş, yaşayan və işləyən hər kəs danışır.

AzEdu.az xəbər veir ki, bu barədə Oxu.az -ın müxbiri ilə söhbətində Rusiyanın “Sarıqrad” telekanalının siyasi şərhçisi Kamran Həsənov danışıb.

Onun sözlərinə görə, rus dilindən istifadənin “sıfır” səviyyəsinə çatdırılması heç bir halda səmərəli deyil. 

“Tibb elmində də isbat olunub ki, bilinqvist (ikidilli) uşaqlar intellekt baxımından daha üstün olur. Tale elə gətirib ki, rusdilli bağçaya getmişəm və məktəbdə rus bölməsində oxumuşam, bu, məni çox sevindirir. Məişət baxımından bu, böyük üstünlükdür. Belə ki, rus dili bütün post-Sovet xalqları, hətta Şərq bloku ilə asanlıqla ünsiyyət qurmağa imkan verir”, - deyə saytın müsahibi bildirib.  

K.Həsənovun sözlərinə görə, rus dili bilgisi həmin şəxs dünya ədəbiyyatının dahiləri – Tolstoy, Dostoyevski və Puşkinin əsərlərini orijinaldan oxumaq imkanı yaradır.

“Peşə baxımından da bu sözlər keçərlidir: rus dilində danışmağı-yazmağı bilməklə bir sıra beynəlxalq təşkilatlarda işləmək olar. Rus dili Birləşmiş Millətlər Təşkilatının rəsmi dillərindən biridir. Siyasi aspektdə rus dilinin qorunması o baxımdan vacibdir ki, Azərbaycanın inteqrasiya imkanlarını artırır.

Bakının öz əlaqələrini şaxələndirdiyi heç kimə sirr deyil, ancaq könüllü olaraq Rusiyaya inteqrasiyanın yolunu kəsmə - tam cəfəngiyatdır; xüsusilə ikitərəfli əlaqələrin inkişaf səviyyəsini, bir sıra meqalayihələri, o cümlədən “Şimal-Cənub” layihəsini nəzərə alsaq. Məlum olduğu kimi, sözügedən layihədə Azərbaycan Bombeylə Moskva arasında körpü rolunu oynayır”,- deyə ekspert söyləyib.  

Azərbaycanın əməkdar jurnalisti – Bakı Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru, teletənqidçi Qulu Məhərrəmli fərqli fikirdədir. O, bizim ölkədə ana dilinin həyati əhəmiyyətli olmalı olduğunu hesab edir. Ancaq Məhərrəmli reallıqda ölkədə yaşayan çox sayda vətəndaşın rus və ingilis dillərinə sevgi bəslədiyini iddia edir:

“Azərbaycanda istənilən xarici dilin hüdudları olmalıdır. Belə bir yalnış fikir formalaşıb ki, uşaq ana dilində təhsil alsa, gələcəyi  parlaq olmayacaq. Və ya əksinə, uşaq rus bölməsində oxusa, onun dünya görüşü daha geniş olacaq”.

Onun sözlərinə görə, bu yanlış stereoptipi “dağıtmaq” vaxtı çatıb.

“İş ondadır ki, Azərbaycanda rus dilinə cüzi müqavimət belə yoxdur. Bu gün Azərbaycan dilinin təbliğatı ilə ciddi şəkildə məşğul olmaq lazımdır. Dünya ədəbiyyatı, iqtisadiyyat, siyasət və digər sahələrə aid müasir kitabların Azərbaycan dilinə tərcüməsi üçün əlverişli şərait yaratmaq önəmlidir”, - deyə Q.Məhərrəmli vurğulayıb.