AMEA Rəyasət Heyətinin 14 mart 2017-ci il tarixli qərarı ilə 2018-2020-ci illər üçün elmi tədqiqat proqramlarının işlənməsi, seçilməsi və maliyyələşdirilməsi məqsədilə keçirilmiş respublika müsabiqəsinin nəticələri təsdiq edilib.
AzEDU qərara əsasən maliyyələşdiriləcək elmi tədqiqat proqramlarının siyahısını təqdim edir:
|   №  |    Proqramın adı  |    Elmi müəssisənin və ya təşkilatın adı  |    İcra müddəti  |  |
|   1.  |    Neftlərin səciyyələndirilməsinin innovativ fiziki üsulları  |    AMEA-nın Fizika İnstitutu, AMEA-nın Neft və Qaz İnstitutu, AMEA-nın Radiasiya Problemləri İnstitutu, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti  |    36 ay  |  |
|   2.  |    Zərrəcik detektorları və plazmonika üçün subdalğa qəfəsli nazik təbəqəli sistemlər  |    AMEA-nın Fizika İnstitutu, AMEA-nın Radiasiya Problemləri İnstitutu, AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, AMEA-nın İşlər idarəsi, Milli Aviasiya Akademiyası  |    36 ay  |  |
|   3.  |    Müasir kompüter proqramlarının köməyi ilə kəsilməz və diskret proseslərin riyazi modelləşdirilməsi və optimallaşdırılması  |    AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu, AMEA-nın İdarəetmə Sistemləri İnstitutu, Bakı Dövlət Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Ali Neft Məktəbi  |    24 ay  |  |
|   4.  |    Məhdud informasiya şəraitində dinamik obyektlər qrupunun intellektual idarəetmə sisteminin işlənilməsi  |    AMEA-nın İdarəetmə Sistemləri İnstitutu, Milli Aviasiya Akademiyası, Silahlı Qüvvələrin Hərbi Akademiyası  |    36 ay  |  |
|   5.  |    Laylı quruluşlu birləşmə və polimerlər əsasında sintez olunmuş nanokompozitlərin katalitik və sorbsiyon xassələrinin tədqiqi  |    AMEA-nın akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Bakı Dövlət Universiteti  |    36 ay  |  |
|   6.  |    Polimer əsaslı nanogellərin alınması və onların dərman preparatlarının daşıyıcısı kimi xərçəng xəstəliklərinin müalicəsində tətbiqi  |    AMEA-nın akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, AMEA-nın Biofizika İnstitutu, Milli Onkologiya Mərkəzi  |    36 ay  |  |
|   7.  |    Yeni fizioloji aktiv maddələrin sintezi və tədqiqi  |    AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu, AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu, AMEA-nın Mikrobiologiya İnstitutu, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu  |    36 ay  |  |
|   8.  |    GPS məlumatları əsasında Qafqaz-Xəzər regionunun üç ölçülü geodinamik modeli: yer qabığı deformasiyaları və seysmik təhlükələrin qiymətləndirilməsi  |    AMEA-nın Geologiya və Geofizika İnstitutu, AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi  |    24 ay  |  |
|   9.  |    Karbohidrogen yataqlarının aşkar edilməsi və mənimsənilməsi problemi ilə əlaqədar Cənubi Xəzər Çökəkliyinin dərində yatan (7-10 km) süxur-flüid sistemlərinin modelleri (seysmik-kəşfiyyat, dərin qazma və palçıq vulkanları püskürmə məhsullarının inteqrə edilmiş analizləri məlumatlarına görə)  |    AMEA-nın Neft və Qaz İnstitutu, AMEA-nın Geologiya və Geofizika İnstitutu, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu, SOCAR, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti  |    36 ay  |  |
|   10.  |    Türk Dünyasının tarixi coğrafiyası və etnosu  |    AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu  |    30 ay  |  |
|   11.  |    Bədxassəli şişlər zamanı xərçəng kök hüceyrələrinin İNF-ɑ vasitəsilə aktivləşdirilməsinin müalicəvi və proqnostik əhəmiyyəti  |    AMEA-nın Genetik Ehtiyatlar İnstitutu, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu, Azərbaycan Tibb Universiteti, Almaniyanın München Universiteti, Almaniyanın Heidelberg Universiteti, Şimali Karolina Universiteti, ABŞ-ın Genom İnstitutu  |    36 ay  |  |
|   12.  |    “Bois Noir” və “Grapevine leaf roll” patogenlərinin bitkilərə təsirinin molekulyar mexanizmləri və davamlılığı induksiya edən agentlərin bərpa effektlərinin tədqiqi  |    AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, AMEA-nın Botanika İnstitutu, Bakı Dövlət Universiteti, Fransa Milli Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun Bordo Elmi-Tədqiqat Mərkəzi  |    36 ay  |  |
|   13.  |    Xərçəng və normal toxuma-hüceyrə sistemlərini fərqləndirən prinsipial faktorların təyini üzrə kompleks fundamental və klinik tədqiqatlar  |    AMEA-nın Biofizika İnstitutu, Milli Onkologiya Mərkəzi  |    36 ay  |  |
|   14.  |    Azərbaycan ədəbiyyatının dövrləşdirilməsi konsepsiyası və inkişaf mərhələlərinin kompüter modelləri  |    AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Azərbaycan Dillər Universiteti  |    24 ay  |  |
|   15.  |    Müstəqillik illərində Azərbaycan ədəbi dilinin lüğət tərkibinin zənginləşməsində üslubların funksionallığının nəzəri əsasları: problemlər və perspektivlər  |    AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu  |    24 ay  |  |
|   16.  |    Azərbaycan və türk xalqlarının ədəbiyyatı və incəsənətinin tarixi inkişaf dinamikası və multikultural proseslərin perspektivləri  |    AMEA-nın Hüseyn Cavidin ev Muzeyi, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, AMEA-nın Memarlıq və İncəsənət İnstitutu  |    36 ay  |  |
|   17.  |    İdeya- estetik tərbiyədə ədəbiyyat və incəsənətin rolu: milli kimlik və mənəvi zənginlik  |    AMEA-nın Folklor İnstitutu, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, AMEA-nın Fəlsəfə İnstitutu, AMEA-nın Memarlıq və İncəsənət İnstitutu  |    24 ay  |  |
|   18.  |    Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının tarixi, prioritetləri və perspektiv qiymətləndirilməsində qeyri-səlis metodlardan istifadə  |    AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu, AMEA-nın İqtisadiyyat İnstitutu, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti  |    24 ay  |  |
|   19.  |    Yeni dünya nizamı və Azərbaycan  |    AMEA-nın Naxçıvan Bölməsi, Bakı Mühəndislik Universiteti, Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti  |    24 ay  |  |
|   20.  |    Postneft iqtisadiyyatı üçün tarazlıq modellərinin işlənməsi və perspektiv inkişaf ssenarilərinin hazırlanması  |    AMEA-nın İqtisadiyyat İnstitutu  |    24 ay  |  |
|   21.  |    Azərbaycan mədəniyyətlərin kəsişməsində: mərhələlər, problemlər və perspektivlər  |    AMEA-nın Fəlsəfə İnstitutu, Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası  |    36 ay  |