Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-06 12:15:00
Dəm qazından boğulan tələbə Lənkəranda oxumaqdan niyə imtina etmişdi? – Universitetin cavabı  

“Dəm qazından boğulan şəxs Lənkəran Dövlət Universitetinin yox, Lənkəran Dövlət Humanitar Kollecinin tələbəsidir. 2017-ci ildə bu kollecin mühasibat uçotu fakültəsinə daxil olub”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova deyib. Onun sözlərinə görə, Leyla İbrahimzadə Astaranın Qum küçəsində yaşayıb:

“O, Lənkəran Dövlət Universitetinin yox, Lənkəran Dövlət Humanitar Kollecinin tələbəsidir. 2017-ci ildə bu kollecin mühasibat uçotu fakültəsinə daxil olub. 2018-ci ilin sentyabrında şəxsi ərizəsi ilə ailəsi ilə birgə xaricə köçmək səbəbindən kollecdəki təhsilindən imtina edib”

Qeyd edək ki, Astarada 18 yaşlı tələbə dəm qazından zəhərlənərək vəfat edib. 2000- ci il təvəllüdlü, Astara rayon sakini İbrahimzadə Leyla İlşat qızı hamamda çimərkən dəm qazından zəhərlənib. Məlumatda şəxsin Lənkəran Dövlət Universitetinin tələbəsi olduğu bildirilmişdi.

L.İbrahimzadə ötən gün bacısı  Roza İbrahimzadənin evinə gedib. Bu zaman bədbəxt hadisə baş verib.  

Rayon prokurorluğunun əməkdaşları tərəfindən əməliyyat-istintaq qrupunun üzvləri ilə birlikdə hadisə yerinə baxış keçirilib. Meyitin müayinə olunması üçün ekspertiza təyin edilib. 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları