Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-06 11:29:23
“Qəbul proqramınının gecikməsinin səbəbkarı Nazirlər Kabinetidir”  - Kamran Əsədov

“Məncə, qəbul proqramının gecikməsi Dövlət İmtahan Mərkəzi ilə bağlı deyil. Bu qurum fənlər üzrə proqramları elmi-metodiki seminarlarda müzakirə edib və qəbul edib. Gecikmə ola bilsin, yeni qəbul qaydalarına görədir ki, bu da Nazirlər Kabineti tərəfindən həyata keçirilir”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil eskperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, “Abituriyent” jurnalının müvafiq buraxılışının nə vaxt çap ediləcəyi ilə bağlı müəllim, şagird və valideyinlər çoxsaylı suallar ünvanlayırlar:

“Onlar 2019-cu ildə yeni qaydada keçiriləcək qəbul imtahanının proqramının olmamasından və yeni qəbul qaydalarından narahatdırlar. Düşünürəm ki, gecikmə DİM-lə bağlı deyil. Bu qurum fənlər üzrə proqramları elmi-metodiki seminarlarda müzakirə edib və qəbul edib. Gecikmə ola bilsin, yeni qəbul qaydalarına görədir ki, bu da Nazirlər Kabineti tərəfindən həyata keçirilir”.

Kamran Əsədov hazırda qüvvədə olan qəbul qaydalarını sadalayıb:

DİM-in I-II-III-IV və V ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında iştirak edib müvafiq keçid balı toplamaqla universitetlərə qəbul oluna bilərlər.

Beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisaslar üzrə ali məktəblərə qəbul ola bilərlər. 

Respublika fənn olimpiadalarınınqalib gəldikləri fənn üzrə ali məktəblərə qəbul ola bilərlər.

Beynəlxalq İmtahan- İELTS, SAT, TOEFL nəticələri ilə ali məktəblərə qəbul ola bilərlər.

Yüksək səviyyəli beynəlxalq müsabiqələrin qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. 

Yüksək səviyyəli beynəlxalq yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. 

Ali təhsil müəssisələrində hazırlıq qruplarında təhsil alanlar sonda imtahan verməklə ali məktəbə qəbul olunurlar. 

Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlər təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

Orta ixtisas təhsili müəssisələrini – kollecləri bitirənlər ixtisasları üzrə ali məktəb qəbul ola biləcəklər.

Böyük ehtimal ki, bu siyahı bir az da genişlənəcək. Ona görə də 2019-cu ilin qəbul qaydaları gecikir”.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi qəbul proqramının noyabrın II həftəsindən etibarən nəşr olunacağını açıqlasa da, dekabr olmasına baxmayaraq proqram hələ də nəşr olunmayıb.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları