Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-05 20:40:00
Uşaq bağçasına istilik bu səbəbdən verilmir

Bakının Xətai rayonunda fəaliyyət göstərən 217 saylı uşaq bağçasının istilik sistemində problem yaranıb. AzEdu.az “Trend”ə istinadən xəbər verir ki, sistemdə baş verən qəza nəticəsində istiliyin verilməsi dayandırılıb.

Məsələ ilə bağlı "Azəristiliktəchizat" ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev Trend-ə bildirib ki, uşaq bağçasına istilik vaxtında verilib: "Lakin bağçanın daxili xətlərində problem yarandığından istiliyin verilməsi dayandırılıb. Daxili xətlər təmir olunduqdan sonra bağça yenidən istiliklə təchiz olunacaq".

Uşağ bağçasının rəhbərliyindən Trend-ə bildirilib ki, müəssisə yaxın günlərdə yenidən istiliklə təchiz olunacaq: "Daxili xətdə qəza baş verdi, bağçanın zirzəmisi su ilə doldu. Dərhal istiliyin verilişi dayandırıldı və zirzəminin suyu çəkildi. Hazırda zirzəminin qurumasını gözləyirik. Artıq sabahdan etibarən xətlərin yenilənməsinə başlanacaq və yaxın günlərdə bağçanın istiliklə təchizatı bərpa olunacaq".