Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-04 17:39:00
DİM dövlət qulluğundan kəsilənlərlə bağlı xüsusi təklif irəli sürəcək  

 

“Dövlət İmtahan Mərkəzi dövlət qulluğu üzrə müsabiqədən uğurla keçən, lakin vakant dövlət qulluğu vəzifəsinə təyin edilməyərək ehtiyat kadrlar siyahısına salınan namizədlərlə bağlı təkliflər irəli sürəcək”

AzEdu.az xəbər verir ki, bunu DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərtac-a müsahibəsi zamanı deyib. O, təklifini belə əsaslandırıb:

“Qüvvədə olan qanunvericiliyə əsasən, həmin şəxslər iki il müddətində müsahibəsindən uğurla keçdiyi dövlət orqanının ehtiyat kadrlar siyahısında saxlanılır və bu müddət ərzində yalnız həmin dövlət orqanında analoji vakant vəzifəyə təyin edilə bilər.

DİM-in təklifində bu məhdudiyyətin aradan qaldırılması və ehtiyat kadrlar siyahısında olan şəxslərin həmin dövlət orqanı ilə yanaşı, digər dövlət orqanlarında da analoji vakant vəzifəyə təyin edilməsi nəzərdə tutulur”.

Xatırladaq ki, dövlət qulluğuna qəbul test və müsahibə mərhələsindən ibarətdir. Test imtahanı online (kompüter vasitəsilə), həm də yazılı formada həyata keçirilir.