Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-01 13:19:00
Yenilikçi müəllim modeli: “İmkan verin şagird haqlı olduğunu sübut etsin”

Müəllimlər tədris prosesində yenilikçi metodlardan yararlanmağa, dərsi şagird üçün daha maraqlı hala salmağa çalışırlar. Amerikalı təhsil mütəxəssisi George Couros yenilikçi müəllimə çox ehtiyac olduğunu bildirib. “Yenilikçi beyin” (The İnnovator Mindset) kitabının təqdimatında müəllimləri maraqlanmaq, araşdırmaq, yeni metodlar kəşf etməyə çağıran Couros müəllimlərə yenilikçi olub-olmadıqlarını yoxlamağın 8 yolunu izah edib.

AzEdu.az xarici mediaya istinadən müəllimlərin yenilikçi olmasına dəlalət edən 8 ünsürü təqdim edir:

Şagirdlərin səs-küyü- şagirdlər yalnız öyrənməməli, həm də öyrəndiklərini paylaşmağı bacarmalıdırlar. Bu səbəbdən sinifdə səsin olması normaldır.

Şagird seçimi - yenilikçi müəllim öz qaydalarına tabe etmək üçün çalışmamalı, şagirdlərə seçim şansı verməlidir.

Fikirləşmək üçün zaman ayırmaq- şagird hər şeyə əzbər anında cavab verməli deyil. Onun öyrəndiklərini sistemləşdirmək və düşünmək üçün zamana ehtiyacı var.

Yenilik etmək üçün fürsətlər- yalnız proqramdakılara əməl etməyə çalışmayın. Şagirdin kəşfi, yaradıcılığı üçün vaxt ayırın.

Tənqidi düşüncə - şagirdlərinizə qeyro-adi suallar verərək, oonları tənqidi düşünməyə sövq edin.

Problemi həll etmə bacarığı - şagirdləriniz üçün müəyyən çətinliklər yaradın və yeni həll metodları tapmasına yardımçı olun.

Özünü dəyərləndirmə - şagirdinizi öz gözündə dəyərli etməyə çalışın, lazım gəldikdə haqlı olduğunu sübut etməsinə imkan verin.

Əlaqələr qurmaq - istənlən mövzunu keçdikdə, o sahənin mütəxəssislərini sinfə gətirin. Şagirdin onlarla davranış, ünsiyyət qabiliyyətinin formalaşmasına çalışın. Bu, şagirdlərin əlaqələrinin də genişlənməsinə səbəb olacaq

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları