Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-30 17:03:04
Buraxılış imtahanına hazırlaşanların yeganə şansı - Biliyinizi onlayn vasitəsilə sınayın

Buraxılış imtahanı modelində onlayn sınaq imtahanları davam edir.

AzEdu.az xəbər verir ki, imtahanda açıq, qapalı, situasiya tipli, mətn əsasında oxuyub cavablandırma və xarici dillərdən dinləyib-anlama bacarıqlarının yoxlanılması üçün hazırlanmış test tapşırıqlarından istifadə olunur.

Sınaq imtahanında istifadə olunan test tapşırıqları Dövlət İmtahan Mərkəzinin 2018-ci ildə nəşr etdiyi “Tam – (11 illik) orta təhsil səviyyəsi üzrə xüsusi buraxılış” jurnalındakı test tapşrırıqları ilə eynidir.

Onlayn sınaq imtahanında iştirak etmək istəyən şagirdlərə imtahandan sonra anında bal arayışını əldə etmək, yenidən test suallarına baxmaq, onları təhlil etmək, buraxılış imtahanına hazırlıq səviyyələrini yoxlamaq imkanı yaradır.

İmtahanda iştirak etmək istəyən şəxslər qeyd olunan link vasitəsilə girib qeydiyyatdan keçməlidirlər: http://otk.az/index.php?menu=courses_lang&id_category=2&id_course=102&group=0&id_yazilish=3124&fbclid=IwAR3PFr16Rlyk_JJ50GHjq-YBtHpaMktIA6sBMFHZuqdkCiXHtxj0ba8OhLQ

İmtahanın qiyməti 2Azn-dir.

Qeyd edək ki, buraxılış imtahanlarının proqramı və formatı ilə yaxından tanış olmaq üçün “Abituriyent”jurnalının xüsusi buraxılışlarını əldə edə bilərsiniz.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları