Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-27 09:30:00
Elmi sirri hələ də açılmayan şəfa metodları – Elm tarixi

 AzEdu.az bu gün də hamı üçün sirr qalan, orta əsrlərdə tətbiq olunan xüsusi müalicə metodları ilə bağlı kiçik araşdırmanı təqdim edir:

Filosoflar musiqi, tibb, astronomiya üçlüyünün sintezində, onların yaratdığı vahid harmoniyada musiqi ilə müalicənin üsullarını çatdırırdılar. Sufi mütəsəvvifləri isə: Musiqi mərifət sahibləri üçün ruhun qidası olduğu və insanın kamilləşməsi mövqeyindən islami zəmində özünə daha böyük dəyər qazanmışdır” deyərək , bu ilahi sənətin zirvəsini göstəriblər. Bu düşüncə çərçivəsində Mövləvilik başda olmaqla bir çox təsəvvüf cərəyanları musiqidən xüsusi təlim kimi istifadə edib, hətta dəyərli musiqi əsərlərinin yaranmasına səbəb olublar.

 Osmanlı imperiyası dönəmində yetişən musiqi xadimləri və nəzəriyyəçiləri  Səfiyyəddin Urməvi və Əbdülqadir Marağayi türk musiqisi və muğamlarının insan temperamentləri, millətlər, rənglər, bürclər, təqvimlər və bəzi xəstəliklər üzərindəki təsirləri istiqamətində təsnif etmişdilər. Türk musiqi nəzəriyyələrinin əks olunduğu “ədvar “ kitablarında da musiqinin tiblə əlaqəsi və onun vasitəsilə müalicə üsullarından bəhs olunur. Məsələn, Sultan Süleymanın dövründə saray həkimi Musa Hamun ona həsr etdiyi diş xəstəliklərinin müalicəsi aid əsərində bu xəstəliklərin musiqi ilə müalicəsini, həmçinin, uşaqların axşamlar muisiqi ilə yatırılmasıını bunun da öz növbəsində onların əxlaqının formalaşmasında əsas ünsürlərdən biri olduğundan bəhs edib. Bundan başqa şair-həkim olan Həsən Şüuri “Tədilül Əmzicə” adlı əsərinin “Musiqi məqamı” fəslində səslə müalicə mövzusunu çox gözəl işləmişdir.

 İslam mədəniyyət tarixində musiqi ilə müalicə olunan şəfa ocaqlarının sayı çox olub. Onlardan bir neçəsi ilə tanış olaq: Nurəddin Zəngi xəstaxanası (Şam 1154), Amasya bimarxanasi (1308), Gövhər Nəsibə Tibbi Mədrəsəsi,

 Muğamların(təsnif, şöbə, rənglərin) insanla qarşılıqlı əlaqəsi

 Muğamların bürc qarşılıqları:

Rast: Qoç, ünsür - atəş

İraq : buğa, ünsür- torpaq.

 İsfahan : əkizlər, ünsür- hava

 Zərəfkənd: xərçəng, ünsür- atəş

 Rahab: tərəzi, ünsür- atəş

 Hicaz : oxatan, torpaq

 Üşşaq: balıq, ünsür - su.

Musiqi ilə atsronomiya elmləri arasındakı qarşılıqlı əlaqədən bəhs edən alimlər (daha doğrusu, orta əsr İslam-Şərq alimləri) bürclərlə muğamların uyğunluq məsələsinə də toxunublar. Onlar bəzi bürclərlə muğamların eyni təbiətə malik olmasını da vurğulayıblar.

Muğamların (şöbələrin, təsniflərin ) xəstəliklərlə əlaqələndirilməsi.

Rast: iflic xəstəliklərinin sağalmasına şərait yaradır

İraq : yüksək hərarətə, sətəlcəm və titrəmə

 İsfahan: soyuqdəymə, halsızlıq, yaddaşın gücləndirilməsi.

 Rahab: baş ağrıları, ürək çırpıntıları və qan azlığı (eləcə də digər qan xəstəlikləri) ;

Hüseyni (Mənsiriyyə): ürək və ciyərdə olan iltihabların, mədə problemləri;

 Hicaz : bağırsaq xəstəlikləri, ağrı və sancıların müalicəsində işə yarayır.

Üşşaq: yuxusuzluq və ayaq ağrılarının müalicəsində xeyirlidir.

 Muğamlar və simalar.

Qarayanız insanlar ”“ isti təbiətin sakinləridir. Xasiyyətcə də istiqanlı və səmimi olurlar. Onlara uyğun musiqi növü isə İraq təsnifidir. Bu təsnifin ruhunda da yaxınlıq, doğmalıq, mehribanlıq hiss olunmaqdadır.

Qara buğdayı adamlar- təbiətinə rütubət və nəm amilləri uyğun gəlir. Bu da onların zəhmətsevərlik və məhsuldarlığına bir nişanədir. Bu tip insanlara şəfa verə biləcək muğam isə İsfahandır.

Sarışın insanlar- təbiət etibarilə soyuq iqlim zonalarının sakinləridir. Təbiət onların temperamentinə də hakim kəsilib və soyuq zonanın iqliminə xas olan ağırlıq, ciddilik onlarda da özünü biruzə verməkdədir. Bu tip insanların muğamı isəRastdır.

 Muğamlar və Millətlər.

 Musiqişünaslardan bəziləri muğamları millətlərə uyğun olaraq da qruplaşdırmışlar. Onlar birmənalı şəkildə millətin rəğbət göstərdiyi meyarları nəzərə alaraq onlara uyğun muğamları da dəqiqləşdiriblər.

Ərəblərə daha çox Mənsuriyyə muğamı uyğun gəlir.

Farslara İraq uyğun gəlir

Türklər üçün Üşşaq daha mütanasibdir

Muğamlar və məsləklər

Rast- alim zümrəsi

 

Dövlət adamları - İsfahan

 Sufilər- Rahab

Dərvişlər- Hicaz.

Muğamlar və zamanlar

 Sübh vaxtı-rast,

 Səhər-Hüseyni

Günortadan qabaq- Nəhavənd

 Günorta vaxt iki namaz arasındakl məsafə- busə

 Axşam- üşşaq, axçamdan sonra- müxalif şöbəsi,

 Gecə yarısı ”“ Rast.