Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-24 12:45:00
Direktorluq imtahanlarında ötənilki   nəticələrlə builki göstəricilər arasında inanılmaz fərq – Dəyişən rəqəmlər

 

Direktorların işə qəbul müsabiqəsi üzrə test imtahanı mərhələsi artıq yekunlaşıb. İmtahan zamanı namizədlərə 90 dəqiqə ərzində cavablamaq üçün 60 test tapşırığı təqdim edilib. Test imtahanlarından ən azı 40%-lik nəticə göstərənlər müsahibə mərhələsində iştirak etmək hüququq qazanıblar. Paytaxt üzrə isə bu balın  bir qədər yuxarı olması gözlənilir. Müsahibə mərhələsinin isə yeni təqvim ili başlananadək yekunlaşması nəzərdə tutulub.

Namizədlər imtahan sonrasında  nəticələrlə dərhal  tanış ola bilsələr də, ümumi statistik göstəricilər hələ ki, açıqlanmayıb. Bəs, direktorların işə qəbulu üzrə keçənilki nəticələr necə idi?

AzEdu.az direktorlarla bağlı son 4 ilin nəticələrini təqdim edir:

2017-ci ildə keçirilən direktorların işə qəbul müsabiqəsi nəticəsində 200 namizəd bölgələrdəki ümumtəhsil müəssisələrinə direktor təyin olunub.

Keçənilki müsabiqənin qaydaları Təhsil Nazirliyinin birbaşa tabeliyində olan lisey və gimnaziyalara, internat tipli təhsil müəssisələrinə, Bakı şəhərindəki ümumtəhsil müəssisələrinə şamil edilmirdi.

Bu kateqoriyada kadr hazırlamaq üçün nazirlik direktor təlimləri təşkil edir və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji işçiləri təlimlərə seçmək üçün müsabiqə elan edirdi.

Keçən ilə qədər 2200-dən çox pedaqoji işçi təlimlərdə iştirak üçün müraciət edib və 400-ə yaxın şəxs təlimlərdə iştirak hüququ qazanıb. Təlim keçən şəxslər Təhsil Nazirliyinin təşkil etdiyi imtahanda iştirak ediblər. Qənaətbəxş nəticə göstərən namizədlərə “Uğur sertifikatı” təqdim edilib və onlar direktor vəzifəsi üzrə vakant yerə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınıblar.

2014-2015-ci tədris ilində 19, 2015-2016-cı tədris ilində 28, 2016-2017-ci tədris ilində 39, 2017-2018-ci tədris ilində isə 18 nəfər direktor təyin olunub.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları