Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-26 13:49:44
Milli bayramlarımız dərsliklərdə necə əks olunur? – Akademik rəyi

Hər bir dövrdə uşaqların zövqünü formalaşdıran, onlarda vətənpərvərlik və milli ruhu oyadan təməl mənbələrdən biri də məhz orta məktəb dərslikləridir. Bu ədəbiyyat nümunələri hazırda bizim milli-mənəvi dəyərlərimizi, Novruz bayramı daxil olmaqla digər milli bayramlarımızı şagirdlərə doğru-düzgün aşılaya bilirmi?

AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov AzEDU-ya  açıqlaçmasında məsələ ilə bağlı o qədər də pessimist danışmayıb . Onun sözlərinə görə, ümumiyyətlə, Novruz nəinki Azərbaycan ədəbiyyatında, bütün Şərqdə müraciət edilən gözəl mövzulardan biridir:

muxtar-imanov.jpg

“Hələ vaxtilə klassik şairlərimiz çoxlu novruznamələr yazıb yaradıblar. Məhəmməd Füzuli, Xətai Novruz ilə bağlı gözəl şeirlərin müəllifidirlər. Bu milli bayram ədəbiyyatımızda əvəzedilməz hissədir. Bu mivvalla, elə dərsliklərimizdə də, Novruz və bahar şeirləri öz əksini tapır. Kitablarda yer alan bu nümunələr şagirdlərin zövqünü düzgün formalaşdırmağa xidmət edir”.

M.İmanovun sözlərinə görə, milli bayramların dərsliklərdə sərgilənməsi vacib məqamlardan biridir. O, Novruzun müasir dərsliklərdə əksini müsbət qiymətləndirib:

“Bugünkü poeziyanı da izləsək, görərik ki, yaşından asılı olmayaraq, yaşlı, orta və gənc şairlər bahar bayramına, yazın gəlişinə çoxlu şeirlər həsr edirlər. Müxtəlif üslublarda yazılması isə yazıçının özünün üslubundan, ədəbiyyata yanaşmasından asılıdır. Hansı üslubda olarsa-olsun, ədəbiyyatımızda bu mövzu deməzdim ki, kasaddır. Səməd Vurğunun məşhur “Bahar” şeiri də var. İstər klassik, ya sovet dövrü şairləri, istərsə də müasir dövrün şairləri - hər biri bu mövzuya, mütəmadi, müraciət ediblər. Dərsliklərdə də müəlliflər tərəfindən bu şeirlərdən uğurla istifadə olunur”.

Nəzrin Cavid