Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-24 09:20:00
Bağça müəlliminin niyə ali təhsili olmalıdır?

Bir bağça müəlliminin təhsili hansı səviyyədə olmalıdır?

Amerikanın Kolumbiya Bölgəsi bağçalarda 0-5 yaşlı uşaqlarla işləyən müəllimlər üçün təhsil dərəcəsinin vacibliyi elan edildikdə, verilən reaksiyalar mənfi idi. Jurnalist Matthew Yglesias atdığı bir tvitdə bu yeni şərti“düşüncəsiz” adlandırarkən, senator Ben Sasse bunu “mənasızlığın dibi” olaraq təsvir etdi.

Əslində isə bu, təhsil baxımından son dərəcədə məntiqli bir qərardır.

Məktəbəqədər hazırlıq müəllimlərinin təhsili niyə önəmlidir?

Beyin inkişafı elmi, uğurlu məktəbəqədər təhsil təcrübələri ilə həyatda uğur qazanmaq arasında çox dəqiq bir əlaqə olduğunu deyir. Ədəbi bacarıqlar, riyazi və elmi bacarıqlar körpəlik dövrlərində sürətlə inkişaf etməyə başlayır və erkən uşaqlıq dövrlərində bu inkişaf davam edir. 2015-ci ilə aid bir Tibb İnstitutu araşdırmasında yazıldığı kimi, məktəbəqədər müəllimlərin bu inkişaf mərhələsinə müsbət təsirli rəhbərlik edə bilməkləri üçün ixtisas səviyyələri yüksək olmalıdır. “Uşaqların idrak və sosial-emosional inkişafına aid hərtərəfli anlayışa və bir çox sahə ilə bağlı geniş bilgiyə” sahib olmaqları mütləqdir.

Balaca uşaqlar fikirləri test edən və nəticələri dəyərləndirən təbiətən elm insanları və ixtiraçılardır. Öyrənmək cəhdlərini formalaşdırmaq və uşaqların yaradıcı problem həlli ilə konseptual düşüncə mərhələlərinə rəhbərlik edən sualları soruşa bilmək,  bacarıq, təcrübə və savad tələb edir.

Buna baxmayaraq, hazırda Amerikada 3-5 yaş aralığındakı uşaqlara müəllimlik edən insanların yalnız 45%-nin məktəbəqədər təhsil diplomu var. Bundan əlavə, dayələrin yalnız 17%-i ixtisas diplomuna sahibdir. Heç bir ştat məktəbəqədər müəllimlərə diplom şərtini qoymur. Hər nə qədər 10 ştat bir mərkəzdə işləyən müəllimlərin hansısa peşə kursunu bitirməsini şərt qoysa da, bir çox ştat üçün orta məktəb diplomu kifayət edir.

Məktəbəqədər təhsildə diplomlu müəllimlər daha uğurludur?

Mən bu əsassız və bərabəri olmayan şərtlərin geriləməyə yol açdığını iddia edirəm. Amerikadakı 5 yaşın altındakı uşaqların bir çoxuna – tam olaraq, 61%-nə uşaq qayğı mərkəzlərində və bağçalarda baxılır. Uşaqların böyük qismi həftədə 40-50 saat arası zaman dilimini burada keçirir. Bu səbəblə əsl “düşüncəsizlik” uşaqlarla bu qədər çox vaxt keçirən insanlardan məktəbəqədər təhsil elminə hakim olmaqlarını və keyfiyyətli təhsil icrasını siniflərinə ötürməyi gözləməmək olar.

Tənqidçilər universitet diplomu olan müəllimlərin kiçik uşaqların təhsil səviyyələrini inkişaf etdirdiyi ilə bağlı dəqiq bir məlumatın olmamağına diqqət çəkir. Bu nöqtədə sahib olduğumuz tək şey məktəbəqədər təhsilin özünün uşaqlar üzərindəki təsirini, müəllimlərdən kənar olaraq təhlil edən araşdırmalardır. Yenə də bu mövzuda başlanılmış hər iş müəllimin diplomu ilə erkən uşaqlıq təhsil proqramlarının müvəffəqiyyətləri arasında müsbət əlaqə olduğunu göstərir. Yəni bu şagirdlər məktəb həyatlarında daha uğurlu olurlar.

Bu sahədə yeni bir dövr başladan təhlildə yoxsulluq içində yaşayan və aşağı məktəb performansı məsələsində yüksək risk altında olan uşaqların yüksək keyfiyyətli bağçaya getməsi halında akademik performanslarının daha yaxşı olub-olmayacağı araşdırıldı. Bu təhlil iştirakçıların inkişafını 40 yaşına qədər izlədi. Bağça proqramına qatılan şəxslərin daha çox pul qazandığı, daha az cinayət törətdiyi, bir işə başlamaq ehtimalının daha yüksək və orta məktəbdən məzun olmaq ehtimalının bağçada təhsil almamış insanlardan daha çox olduğu aşkar olundu. Çalışmanın məqsədi diplom sahibi olan müəllimlər ilə olmayanları qarşılaşdırmaq olmasa da, layihənin araşdırmaçıları təhlil etdikləri siniflərdəki müəllimlərin hamısının universitet məzunu olduğunu bildirdi və müəllimlərin “təhsil səviyyələrinin sinifdəki tətbiqlərini təyin etdiyi” nəticəsinə gəldilər.

Erkən təhsilin təsiri üzərinə edilmiş 7 əsas araşdırma analizi müəllimin diplomunun verilən təhsilin keyfiyyətində fərq yaradıb-yaratmadığını təsbit etməyə çalışdı. Ancaq analiz konkret bir nəticə vermədi. Həqiqət budur ki, bu araşdırmalardan nəticə çıxarmağı çətinləşdirən çox qarışıq faktor var. Misal üçün bunların heç biri müəllimlərin işləmək şərtləri kimi məktəbəqədər təhsilə təsir edən önəmli ekoloji dəyişənlərdən ibarət deyil. Kafi təhsil materiallarına və imkanlarına sahibdirlərmi? Professional inkişaf fürsətlərinə və güclü liderliyə sahibdirlərmi? Layiq olduqları maaşı alırlarmı? Yoxsa öz ailələrini necə saxlayacaqlarının stresi içində standartdan aşağı maaş üçünmü işləyirlər?(egitimpedia.com)