Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-23 15:52:00
Kolleclərə qəbul imtahanları neçə dəfə keçiriləcək? -RƏSMİ

2019-cu ildən qəbul imtahanları kurikulum sistemi əsasında təşkil olunacaq. Yeni qəbul modelinə uyğun olaraq hər blokda 3 imtahan fənnin olması nəzərdə tutulub.

I-IV ixtisas qrupları üzrə qəbul imtahanları ötən illərdə olduğu kimi 2 dəfə keçiriləcək. Ən çox sual doğuran məqamlardan biri də V ixtisas qrupu üzrə kolleclərə qəbul imtahanlarının neçə dəfə təşkil olunacağı ilə bağlıdır.

Mövzu ilə bağlı Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, orta ixtisas təhsili müəssisələrinə qəbul buraxılış imtahanları əsasında aparılır. Buraxılış imtahanlarının da mərkəzləşdirilmiş qaydada sadəcə bir dəfə keçirilməsi nəzərdə tutulub.

Məlumatda qeyd olunub ki, V ixtisas qrupu üzrə hazırlaşıb orta və ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına sənəd vermək istəyən şəxslər, həm buraxılış, həm də qabiliyyət imtahanlarında iştirak etməlidirlər.

Xatırladaq ki, XI siniflər üzrə buraxılış imtahanlarının aprel ayında  keçirilməsi nəzərdə tutulub.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları