Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-23 10:54:22
Universitet tələbələri polislə toqquşdu - Kolumbiyada

Kolumbiyada təhsil büdcəsinin artırılmasını istəyən və hökumətin vergi qaydalarına etiraz edən tələbələr bu dəfə kiçik qruplar halında paytaxt Boqotadaki iki universitetin tədris korpusunda aksiya keçirib.

AzEdu.az xarici mətbuata istinadən xəbər verir ki, Pedaqoji Universitetində (Universidad Pedagogica Nacional) təşkil olunan və küçəyə çıxan etirazçılar regiondakı ən mühüm yollardan Çili Bulvarının bir neçə saatlığa bağlanmasına səbəb olub.

Korpusun içindən gətirdiyi qum torbaları ilə yolu bağlayan tələbələrə polis gözyaşardıcı qaz və ictimai hadisələrə müdaxilə vasitələri ilə müdaxilə edib. Maskalı etirazçılar isə təhlükəsizlik qüvvələrinə daş və əl istehsalı olan kiçik partlayıcılar atıblar.

Bir neçə saat davam edən gərginlik zamanı atılan qaz bombalarının yoldan keçənlərə də təsir etdiyi görülüb.

Polis yol təhlükəsizliyini və nəqliyyat axınını təmin etdikdən sonra bölgədən ayrılıb. (Open.az)