Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-22 09:52:41
Azərbaycana “4 yazan” Kosovonun “5”-ə layiq təhsili – Türkcə oxumaq imkanları

Millətlər Liqasında Azərbaycanı böyük hesabla məğlub edən dünyanın cırtdan və ən gənc dövlətlərindən biri Kosovo öz adından söz etdirməyi bacardı.

Kosovo  müstəqillik qazandıqdan sonra qısa bir zamanda iqtisadiyyat və təhsili dəyişməyə, inkişaf etməyə başladı

AzEdu.az iki gün öncəki futbol qarşılaşmasından sonra Azərbaycanda daha çox müzakirə olunmağa başlayan kiçik Kosovonun təhsili barəsində qısa məlumat verəcək: 

Əvvəlcə onu qeyd edək ki, ölkədə icbari təhsil 5 ildir.

Kosovo universitetləri Avropada orta göstəricilərinə malik ali təhsil müəssisələrindən   hesab edilir. Amma onlar həm də perspektivli  təhsil verməklə tanınır.

Kosovoda  cəmi 8 universitet  var. Ölkənin qabaqcıl ali təhsil müəssisəsi Prizen şəhərində yerləşən Prizen Universitetidir. Universitetin əsası  2006-cı ildə qurulub. Bu universitetin təhsilhaqqı  digər ölkələrin qabaqcıl universiteti  ilə  müqayisədə  olduqca münasibdir.  

Ölkənin  ali təhsil müəssisələrində təhsil haqqı tələbələrin seçdiyi universitetlərə görə fərqlənir.

 Kosovoda tələbələr üçün yaşayış şəraiti ucuz və  olduqca münasibdir bu da burada təhsil almağın üstünlükləri sırasındadır.

 Ölkə universitetlərində alınan diplom dünyanın bir çox ölkələrində tanınmaqdadır.

Kosovo universitetlərində türk dilində proqramlar mövcuddur və bu da ölkədə təhsil almağın avantajları sırasındadır.       Kosovo ali təhsil müəssisələrində hüquq, memarlıq, inşaat mühəndisliyi kimi ixtisaslarda türk dilində təhsil almaq mümkündür. 

Kosovoda tibb üzrə ali təhsil almaq  əcnəbi tələbələrin ən çox  istəklərindən biridir.Ölkədə tibb üzrə ali təhsil almaq istəyən əcnəbi tələbələr üçün  təhsil haqqı isə olduqca sərfəlidir.

Kosovo universitetlərində inşaat mühəndisliyi ixtisasında oxumaq  istəyən tələbələr  illik 2500 avro ödəməlidirlər.  Ölkədə hüquq üzrə təhsil isə 1800 avro-dur.  

Kosovo universitetlərində məzun olan tələbələr Avropanın istənilən ölkələrində asanlıqla işlə təmin oluna bilərlər.

Qeyd edək ki, Kosovonın  ali təhsil müəssisələrində təhsil almaq  üçün təhsil haqqı  ümumilikdə 1800-2500 avro arasındadır.

Günel Yaşarqızı
Müəllifin digər yazıları