Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-16 15:13:00
Buraxılış imtahanlarında ən çox və ən az bal hansı suallara veriləcək? – Dəqiq cavab

2019-cu ildə keçiriləcək qəbul imtahanlarında balların hesablanma qaydası Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunub.  Lakin bu barədə qaranlıq məqamlar hələ də qalmaqdadır.

AzEdu.az abituriyentlərin narahatlığını nəzərə alaraq təhsil eksperti Elçin Əfəndinin izahı əsasında XI siniflərin buraxılış imtahanlarında fənlərə görə sual sayları və sual formalarına görə verilən balların bölgüsünü təqdim edir:

Azərbaycan dili üzrə sual sayı=30, maximum bal=100 bal.

Situasiya suallarının sayı=10, verilə biləcək maximum bal=50 bal. 1 suala görə bal=5 bal.

Qapalı tipli sualların sayı=20, verilə biləcək maximum bal=50 bal. 1 suala görə bal=2,5 bal.

Riyaziyyat üzrə sual sayı=25, maximum bal=100 bal.

Situasiya suallarının sayı=7, verilə biləcək maximum bal=43,75. 1 suala görə bal=6,25.

Ənənəvi açıq tipli sualların sayı=5, verilə biləcək maximum bal=15,625 bal. 1 suala görə bal=3,125.

Qapalı tipli sualların sayı=13, verilə biləcək maximum bal=40,625 bal. 1 suala görə bal=3,125.

İngilis dili üzrə sual sayı=30, maximum bal=100 bal.

Situasiya suallarının sayı=7, verilə biləcək maximum bal=37,83. 1 suala görə bal=5,40.

Qapalı tipli sualların sayı=23, verilə biləcək maximum bal=62,162 bal. 1 suala görə bal=2,70.

Ümumi sual sayı=85. Ümumi bal=300.

Qeyd edək ki, buraxılış imtahanlarında səhv suallar doğru suallara təsir göstərmir.

Buraxılış və qəbul imtahanlarının hesablanma qaydası ilə aşağıda qeyd olunan link vasitəsilə tanış ola bilərsiniz:

http://dim.gov.az/upload/iblock/920/920f9468bef8c5eeae9c659eab432beb.pdf

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları