Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-15 15:52:00
DİM-in test tapşırıqları üçün qoyduğu əsas tələblər – Marker tesləri bu cür hazırlamalıdır

2019-cu ildə keçiriləcək qəbul imtahanları tamamilə yeni model əsasında təşkil olunacaq.

Yeni modelə uyğun olaraq, hər blokda 3 imtahan fənninin olması nəzərdə tutulub. Şagirdlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır.

Digər açıq formalı tapşırıqlar uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.

Yeni test tapşırıqlarının yoxlanılması da yeni üsullarla olacaq. Cavabların yoxlanılması təkcə kompüterlə yox, ekspertlərin qiymətləndirilməsilə aparılacaq.

Həmin tapşırıqlar Dövlət İmtahan Mərkəzinin “markerlər” adlandırdığı qrup tərəfindən yoxlanılacaq.

Bəs, imtahanlarda istifadə olunacaq test tapşırıqlarının yoxlanılması və düzgün qiymətləndirilməsi üçün hansı tələblər qoyulub?

AzEdu.az DİM tərəfindən bütün test tapşırıqlarına qoyulan ümumi tələbləri təqdim edir:

Test tapşırıqları analoqları ilə birlikdə yazılıb təqdim edilməlidir;

Şərt qısa, dəqiq, aydın və birmənalı olmalıdır;

Doğru cavablar dəqiq və birmənalı olmalıdır;

Testlərin həlli böyük həcmli hesablama tələb etməməlidir;

Qapalı tipli test tapşırıqlarında düzgün olmayan cavablar məntiqi cəhətdən əsaslandırılmalı və düzgün cavaba yaxın olmalıdır;

Hər bir tapşırığın şərh hissəsində onun aid olduğu mövzu və bu mövzunun hansı dərslikdə əhatə olunduğu göstərilməlidir;

Test tapşırıqları orijinal olmalı, yəni heç bir nəşrdə təkrar olunmamalıdır.

Qeyd edək ki, beynəlxalq testologiya ilə müqayisədə tələblərin sayı xeyli azdır. Müəllimlərdən testlərə qiymət verərkən bu meyarları nəzərə almaları xahiş olunur.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları