Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-12 14:15:00
V qrupun qaranlıq qaydalarıaçıqlandı - Abituriyentlərin diqqətinə

2019-cu ildən qəbul imtahanları  kurikulum sistemi əsasında təşkil olunacaq.

Ən çox sual doğuran məqamlardan biri də V ixtisas qrupu ilə  bağlıdır.

AzEdu.az xəbər verir ki, V ixtisas qrupu və orta ixtisas təhsili müəssisələri (kolleclər) üzrə müsabiqə buraxılış imtahanının nəticələrinə əsasən aparılacaq.

V ixtisas qrupunun ixtisaslarına və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər əlavə olaraq qabiliyyət imtahanı da verəcəklər.

Yalnız V qrup üzrə ali təhsil müəssisələrinin ixtisasları üzrə müsabiqədə buraxılış imtahanının nəticəsi əsasında iştirak etmək mümkündür. Ali təhsil müəssisələrinin bakalavr pilləsində təhsil almaq üçün V qrup istisna olmaqla, qəbul imtahanında iştirak vacibdir.

Əvvəlki illərin məzunları V qrup üzrə Azərbaycan (rus) dili, riyaziyyat və xarici dil fənləri üzrə qəbul imtahanı verəcəklər. V qrupu seçən abituriyentlərin hamısı, əvvəlki illərdə olduğu kimi, qabiliyyət imtahanı da verəcəklər.

Buraxılış imtahanından topladıqları baldan asılı olmayaraq şagirdlər qəbul imtahanında iştirak edə biləcəklər.

Buraxılış imtahanlarının yeni modeli isə belədir:

Buraxılış imtahanı (11 illik təhsil bazasında)

İmtahan 1 mərhələdə keçirilir (imtahan müddəti - 3 saat)

 

Fənnin adı

Maksimal 
bal   

Tapşırıqların sayı

1.

Tədris dili (Azərbaycan dili, rus dili)

100

Oxuyub anlamaya dair 2 mətn (bədii, publisistik), hər mətnə aid 10 tapşırıq ( 5 yazı tələb olunan açıq + 5 qapalı ) və dil qaydalarına dair 10 qapalı tapşırıq. 
Cəmi: 30 tapşırıq

2.

Riyaziyyat

100

həllinin yazılması tələb olunan 7 açıq tapşırıq+ ənənəvi formada olan 5 açıq tapşırıq+13 qapalı tapşırıq. 
Cəmi: 25 tapşırıq

3.

Xarici dillər (ingilis,alman, fransız,rus, ərəb, fars dilləri)

100                        

1.Dinləmə mətninə dair (publisistik və ya dialoq), 6 tapşırıq (3 qapalı+3 yazı tələb olunan açıq); 
2.Oxuyub-anlama mətninə dair (publisistik və ya bədii) 8 tapşırıq (4 qapalı+4 yazı tələb olunan açıq) ; 
3.Dil qaydalarına dair 16 qapalı tapşırıq. 
Cəmi:30 tapşırıq

 Maksimal bal: 300 

Buraxılış imtahanlarında xarici dil seçimi necə edilir?

Şagirdlər buraxılış imtahanında xarici dil fənni kimi məktəbdə onlara tədris olunan və məktəb tərəfindən "Şagird-məzun" sisteminə daxil edilən xarici dil fənnindən imtahan verəcəklər. Ali təhsil müəssisələrinin müsabiqəsi zamanı həmin imtahanın nəticələri nəzərə alınacaq. Lakin abituriyentlər məktəbdə onlara tədris olunmayan başqa bir xarici dil fənnindən imtahan vermək və I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin müsabiqəsi zamanı həmin imtahandan topladıqları balın nəzərə alınmasını istəyərlərsə, onlara özlərinin seçdiyi xarici dil fənnindən əlavə imtahan vermək imkanı da yaradılacaq. Belə olduğu halda, həmin abituriyentlərin buraxılış imtahanında xarici dil fənnindən topladıqları bal deyil, əlavə verdikləri imtahandan topladıqları bal ümumi balın üzərinə əlavə olunacaq və müsabiqə zamanı nəzərə alınacaq.

Xarici dil seçimi üçün DİM-ə ərizə yazmaq tələb olunmur. Məktəb tərəfindən hansı xarici dil "Şagird-məzun" sisteminə daxil olunursa, şagird həmin xarici dil fənnindən imtahan verir.Yəni şagirdin imtahan verəcəyi xarici dili məktəb müəyyən edir.

Tədris Azərbaycan dili istisna olmaqla digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər 9-cu və 11-ci sinif üzrə buraxılış imtahanı çərçivəsində Azərbaycan dili fənnindən də imtahan verəcəklər.

Buraxılış imtahanları, eyni zamanda V ixtisas qrupu üzrə ballar necə hazırlanır?

Balların hesablanma qaydası ilə qeyd olunan link vasitəsilə tanış ola bilərsiniz: bal pdf.pdf

Xatırladaq ki, I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal – 300+400=700 bal) əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər. 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları