Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-24 06:25:49
Kompüterdə əylənərək dərs öyrənirlər - Təhsildə yeni yanaşma

İzmirdə kodlaşdırma təhsili alan orta məktəb şagirdləri kompüter oyunlarını tərbiyə vasitəsinə çevirib.

Uşaqların oyunda növbəti mərhələyə keçməsi üçün dərsdə öyrədilənlər əsasında hazırlanan suallara doğru cavab vermələri lazımdır. Dərsdə öyrədilənləri unudan şagirdlər isə məhələni keçmək üçün araşdırma apararaq doğru cavabı tapmalı olur.

AzEdu.az pilot layihə haqqında yazını təqdim edir:

Bornova rayonundakı Sübhi Koyuncuoğlu orta məktəbində pilot olaraq başlanılan layihə çərçivəsində 5, 6 və 7-ci sinif şagirdlərinə kodlaşdırma təhsili verilib. Uşaqlar kompüter oyunlarına yeni məlumatlar əlavə etməyi öyrəniblər.

Kodlaşdırma bacarıqlarını istifadə edən şagirdlər, kompüter oyununda öz virtual dünyalarını yaradarkən yaradıcılıqlarını da ön plana çıxarırlar.

bilgisayar-oyunuyla-ders-calisiyorlar-002.jpg

Şagirdlər bütün fənlərdə öyrəndiyi məlumatları oyuna əlavə edə bilirlər. Oyundakı xarakter virtual dünyada gəzərkən, uşaqlar da əlavə edilən məlumatlar əsasında biliklərini möhkəmləndirirlər. Kodlaşdırma təhsili sayəsində sınaqlardan və sual həll etməkdən bezən tələbələr üçün bunlar əyləncəli hala çevrilir.

İzmir Təhsil İdarəsinin müdiri Ömər Yahşi açıqlamasında bildirib ki, şəhər miqyasında 15 mərkəzdə 1-ci sinifdən başlayaraq kodlaşdırma təhsili verilir. O, uşaqların çox oynadıqları kompüter oyunlarını təhsilin bir hissəsi halına gətirməyə çalışdıqlarını qeyd edib.

Həmçinin, pilot layihədən əldə olunacaq nəticələrə görə İzmirdən kənarda da tətbiq olunması gözlənilir:

29547416_2046158072326823_519249910_n.jpg

“İşlərimiz mütəxəssis komandamızla həssas bir şəkildə aparılır. Uşaqların inkişafını nəzərə alırıq. Həm kodlaşdırmanı, həm də dərsləri öyrənirlər”

Müdir bildirib ki, müəllimlər uşaqların inkişafı baxımından uyğun olan oyunlar üzərində çalışırlar:

“Uşaqlara zərər verəcək oyunları qəbul etmirik. İnkişaf mərhələlərinə uyğun, müəllimlərin uyğun gördüyü oyunlar çərçivəsində addımlayırıq. Uşaqların kompüter qarşısında çox qaldıqlarını bilirik. Məqsədimiz onların daha şüurlu, diqqətli şəkildə kompüterin qarşısında vaxt keçirməsidir. Oyun oynayarkən daha çox sual həll etmələrini təmin edirik. Əylənərək öyrənəcəklər”.

Əsmər Qabil

a7f3039546cdd419844092578b0dcb6fff9423ee.jpeg

ghgfjgfjfj.jpg