Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-10 17:36:00
AzEdu.az təhsil portalı Bayraq günündə Lerik məktəblilərinə kitablar payladı - FOTOLAR

Azedu.az  ucqar kənd, bölgə məktəblərində təhsil alan uşaqların kitabla təmasının artması, oxu vərdişlərinin inkişafı ilə təmin etmək üçün yeni layihəyə start verib.

Layihə məqsədilə 9 Noyabr – Bayraq günündə  təxminən, 200-ə qədər  kitab Lerik məktəblilərinə paylanılıb.

Layihəni keçirməkdə əsas məqsəd bölgə  məktəblilərin kitab oxumasına yardımçı olmaq, onların daha da  maariflənməsinə az da olsa töhfə verməkdir.

Kitabların məktəblilərə Bayraq günündə paylanması isə ikiqat ələmatdar hadisə olub.

Belə ki, AzEdu.az portalı fürsətdən yararlanaraq, həm də Parlament Jurnalistlər Birliyinin üzvləri ilə bərabər məktəblilərə bayraq hədiyyə etmək fürsəti də qazanıb.

Dördüncü ildir ki, Parlament Jurnalistlər Birliyinin (PJB) üzvləri ənənəvi olaraq Bayraq Günündə aksiya keçirir. Azərbaycanın müxtəlif bölgələrində insanlara bayraq hədiyyə edir, onların bayraqla bağlı fikirlərini öyrənirlər.

Ənənəyə sadiq qalaraq ötən gün qurumun bir qrup üzvü ölkəmizin Cənub bölgəsində gediblər.

 Aksiya çərçivəsində jurnalistlər əvvəlcə Lerikdə olublar. Bayraq Meydanında rayonun rəsmi şəxsləri, ictimaiyyət nümayəndələri, müəllimlər, şagirdlərlə görüşən jurnalistlər onlara bayraqlar hədiyyə ediblər.

PJB üzvləri Bayraq Muzeyi ilə də tanış olublar. Daha sonra onlar rayonun mərkəzində Şəhidlərin xatirəsinə ucaldılmış Şəhidlər Abidə Kompleksini ziyarət ediblər.

 Lerikdən sonra jurnalistlər Lənkəran şəhərinə gəliblər. Heydər Əliyev Parkında istirahət edən sakinlərlə görüşərək onlara bayraqlar paylayıblar.

Sakinlər bu cür nəcib aksiyalarla gələcək nəsildə Vətənə, torpağa olan məhəbbətin daha da dərinləşəcəyini bildiriblər.

 Jurnalistlərin son dayanacağı Masallı rayonu olub. Onlar burada da sakinlərə bayraqlar hədiyyə ediblər.

Qeyd edək ki, AzEdu.az ucqarlarda məktəblilərə kitab paylama layihəsini davam etedirəcək.

Əziz oxucu, əgər siz də   bu işdə vasitəçi olmaq istəyirsinizsə, sadəcə, kitab yollamaqla buna nail ola bilərsiniz.

Beləliklə, siz hədiyyə etmək istədiyiniz kitaba  “Muraddan (şərti ad) məktəbli dostuma hədiyyə" yazmaqla kitabı redaksiyamızın ünvanına göndərə və ya əlaqə saxlayaraq bizə çatdıra bilərsiniz.

Qeyd edək ki, məzmununa görə kitablar müxtəlif ola bilər: dərslik və test vəsaitləri, bədii və elmi kütləvi kitablar, lüğətlər və s.

Kitabların azərbaycan və türk dilində olması arzuolunandır.

Ətraflı məlumat üçün əlaqə vasitələri:

e-poçt: İ[email protected]

mobil tel. : 055 329 4878

WhatsApp: 055 329 4878

Facebook: https://www.facebook.com/azedu.az/