İbtidai təhsil məktəbdə uşaqların gələcək təhsillərinin formalaşmasında əsas baza rolunu oynayır.
Bu təhsil zamanı hər valideyinin, müəllimin, psixoloqun qarşısında duran əsas vəzifə bu prosesin uşağın psixi inkişafı üçün maksimum məhsuldar və təhlükəsiz həyata keçirilməsindən ibarətdir. Yəni məkətəbəqədər uşaqların bağçadan məktəbə keçməsilə onların sosial statusları dəyişir, onlar üçün yeni dövr başlayır, bağça ilə münasibətdə daha çox tələblərin və tapşırıqlarn olması onların əksər halda məktəbə adaptasiya olunmasında müəyyən çətinliklər yaradır.
Belə ki, əksər uşaqlarda bu prosesə adaptasiya olunan zaman müəyyən qorxular, fobiyalar, çaşqınlıqlar olur ki, bunların da, vaxtında aşkarlanaraq aradan qaldırılması vacibdir.
AzEdu.az xəbər verir ki, psixatr İkram Rüstəmov bu qorxuların aradan qaldırılmasının mümkün hesab edir:
"Məktəb qorxusu olan uşaqlar sosial ünsiyyət qurmaqda çətinlik çəkirlər, özünəqapanma və utancaqlıq hissləri yüksək olur. Bu cür uşaqlar valideynin iştirakı olmadan tək başına harasa getmək, hər hansı bir işi görmək istəmirlər. Uşağı məktəb qorxusuna görə tənbeh etmək, qorxunu qorxu ilə aradan qaldırmağa cəhd etmək, qorxunu tez-tez müzakirə etmək olmaz.
Məktəb qorxusu olan uşaqlar məktəbə getmək istəmirlər, aglayır, əsəbi davranışlı olur, qarın ağrısı, baş ağrısı, qusma və halsızlıq kimi əlamətlərə tez-tez rast gəlinir. Bu əlamətlər məktəbin başlanılamasına az qalmış maksimum səviyyəyə qalxır. Uşaqlar məktəbə getməzdən əvvəl, onlar bu barədə məlumatlandırılmalı, məktəblə tanış olmalıdırlar.
Məktəb qorxusu formaşına və yaranma mənbələrinə görə aşağıdakı qayda da, qruplaşdırla bilər.
Bu problemlər vaxtında aşkarlanaraq aradan qaldılmalıdır, əks halda bu hallar ölüm qorxusunun yaranmasına səbəb olur".